Dünya 02.11.2023 19:57

Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “300 min azərbaycanlının Qərbi Azərbaycana dönüşü belə baş verəcək” adlı süjetdə özünü dünyanın mütərəqqi, ədalətli, hüquq müdafiəçisi və başqa bu kimi böyük iddiaların daşıyıcısı rolunda çıxış edən ölkələr indiyədək 300 minə yaxın Qərbi azərbaycanlının taleyi, tapdanan hüquqlarının müdafiəsi ilə bağlı heç bir addım atmadığı vurğulanır.

Bildirilir ki Qərbi azərbaycanlıların 35 il əvvəl, Qarabağın erməni sakinlərinin bir aydır “köçkün vəziyyətə” düşməsinin başlıca günahkarları elə bu etnos qrupun, ermənilərin ideoloqları, havadarları, diasporu, lobbisidir: “Qarabağdan erməni sakinlər könüllü gediblər. Yəni Ermənistana sığınmağı, indiki həyatı Azərbaycan cəmiyyətinə inteqrasiya, Konstitusiyasına  əməl etməkdən üstün tutublar. Qərbi azərbaycanlılara isə heç vaxt bu seçim nə verildi, nə onların vətəndaş hüququ tanındı”.

Süjetdə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycanda səfərindən, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirməsindən bəhs edilib, D.Miyatoviçin ədalət hissini itirdiyinə yer verilib.

Sonda diqqətə çatdırılır ki, Qərbi Azərbaycan türklərinin pozulmuş vətəndaşlıq hüququnu unutmaq istəyən beynəlxalq missiya nümayəndələri “mandatımıza uyğun” deməklə vəziyyətdən çıxmağa səy göstərirlər: “Beynəlxalq ictimaiyyət Qərbi Azərbaycan türklərinin tapdanan və pozulan hüquqlarını unutmaqla Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranmasına bilərəkdən, yaxud bilməyərəkdən mane olurlar. Çünki regionda dayanıqlı sülh Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığı hüququnun bərpasından başlayır. Azərbaycanı könüllü tərk edən erməni sakinlərin hüququnu dilə gətirənlər 300 min qərbi azərbaycanlının zorla məhrum edildiyi Ermənistan vətəndaşlığının da təmin olunmasını müzakirə  mövzularına daxil etməsi günün vacib məsələlərindəndir. Onların haqlarının bərpası ədalətli davranış və addım sayılar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 2-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO