Elm və təhsil 21.11.2023 12:08

BDU-da Göyçə mahalında kitabxana işi adlı seminar keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Deportasiyaya qədərki dövrdə Göyçə mahalında kitabxana işi” mövzusunda elmi seminar keçirilib.

Rakus.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov mövzu ilə bağlı məruzə edib. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın başlanmasından söz açan E.Əhmədov deyib: “Bütün bunlar tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Ona görə də Qərbi Azərbaycan, onun mahalları ilə bağlı müxtəlif istiqamətli araşdırmaların aparılması bu gün qarşımızda prioritet vəzifə kimi dayanır”.

Məruzədə əvvəlcə tarixən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycan ərazisində, həmçinin Göyçə mahalında mövcud olmuş şəxsi kitabxanalar, onların fondları haqqında məlumatlar diqqətə çatdırılıb. Qədim Azərbaycan torpağı olan Göyçə mahalında deportasiyaya qədərki dövrdə kitabxana işinin tarixi, formalaşması və inkişaf dövrləri xronoloji qaydada təqdim olunub. Mərkəzi kitabxanaların, mədəniyyət müəssisələrinin tabeliyində olmuş kitabxanaların və məktəb kitabxanalarının həmin dövrdəki fəaliyyəti barədə iştirakçılarda təəssürat yaradılıb.

Seminarda deportasiyadan əvvəl bölgədə mövcud olmuş kitabxanalarla yanaşı, məktəblər, mədəniyyət müəssisələri, səhiyyə ocaqları, məscidlər, tarixi-memarlıq abidələri haqqında da statistik məlumatlar diqqətə çatdırılıb. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasından sonra maddi mədəniyyət abidələrimizin, xalqımızın irsini özündə yaşadan kitabxanaların ermənilər tərəfindən məhv edilməsi faktları da məruzədə əksini tapıb.

Tədqiqatda Qərbi Azərbaycan ərazisində kitabxanalarla yanaşı, azərbaycanlılara aid arxiv fondlarının məhv edildiyi, arxiv sənədlərinin saxtalaşdırıldığı da qeyd olunub.

Məruzəçi çıxışını Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.

Elmi seminar müzakirələrlə davam edib.

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO