Donald Trampın Novruz TƏBRİKİ
ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə təbrik mesajını açıqlayıb.
Rakus.az xəbər verir ki, Ağ evin veb səhifəsində yerləşdirilmiş təbrikdə ABŞ lideri Birləşmiş Ştatlarda və dünya boyu qədim Novruz bayramını qeyd edən insanlara ən xoş arzularını çatdırıb.
Təbrik mesajında deyilir: “Novruz Asiyanın qərbində və şərqində və xüsusilə də İranda bir çoxları üçün bir yerdə toplaşmaq və baharın gəlişinə yeni nikbin ruhla hazırlaşdıqları vaxt əvvəlki ilin xeyir-dualarını yada salmaq üçün təşəkkür və bayram vaxtıdır.
Təəssüf ki, İran xalqı bir daha bu sevincini tam bölüşə bilmir. Bu il də son 40 ildə hər il olduğu kimi, onlar baharın gəlilşini ölkənin amansız və korrupsioner rejiminin zülmünün ağır yükü altında qarşılayırlar.
İran xalqı ölkəsinin iftixar dolu tarixi, zəngin mədəniyyəti və dünya səhnəsində öz yerini qaytarmaq istəyir. Xalq onlara hesabat verən və onlarla ləyaqət və hörmətlə davranan hökumətə layiqdir. Lakin İran rejimi bu prinsipləri rədd edir. Bunun nəticəsində İranda insanların gündəlik həyatı fars dilində “yeni gün” demək olan və xeyirin şər üzərində qələbə çaldığı və kədərin sevinclə əvəz olunduğu bir günə ümid daşıyan Novruzun həqiqi mənası ilə faciəli şəkildə təzad təşkil edir.
Birləşmiş Ştatlar azadlıq, imkan və tərəqqi kimi gələcəyə can atan İran xalqı ilə həmrəy olaraq diktator İran rejimini pisləyir. Biz İran xalqının azadlıq çağırışlarını eşitməyə və onların insan haqları uğrunda apardıqları mübarizəni heç vaxt unutmamağa söz veririk.
Mən dünya boyu Novruzu qeyd edən insanlara qoşuluram və İranda azadlığın bərpası üçün dua edirəm. Azadlıq və ədalət bir gün tiranlığa üstün gələcək.”