Dünya 03.01.2024 17:22

İranı silkələyən qanlı hadisə – TƏHLİL

İranda yenə hərbçilərin mərasimində partlayış törədilib. İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhərinin Golzar Şahadai qəbiristanlığı yolunda partlayış nəticəsində 73 nəfər ölüb, 170 nəfər yaralanıb (materialın yazılma anına görə – red.).

Hadisənin baş verdiyi Kirman əyalətinin rəhbərliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.

2022-ci ilin sentyabrından İranda baş verən etiraz aksiyalarında İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ilə yanaşı, Qasim Süleymaninin də posterlərini yandırır, büstünü boyayırdılar. Bununla cəmiyyət İranın avtoritetlərinə münasibətlərini nümayiş etdirirdi. Yeri gəlmişkən, bu münasibət yenə də davam etməkdir.

Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

ABŞ hərbçiləri Qaşim Süeymanini zərərsizləşdirdiklərini gizlətmirlər. Onlar bildirib ki, Qüds qolu və komandanı ştatların hərbçilərinin təhlükəsizliyini təhdid edib, həyatları üçün təhlükə yaratdığı üçün Süleymanini öldürüblər.

Onun ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən mərasimdə partlayışın törədilməsi də Sepah-a, onun Qüds qoluna, habelə etiraz aksiyalarına silahlı hücumlar edib, onu zor gücünə dağıdan qvardiyanın yarımhərbi qolu sayılan bəsiclərin fəaliyyətinə cavab olaraq atılan addım kimi də qiymətləndirilə bilər.

Təbii ki, terror, silahlı hücumlar heç bir normal cəmiyyət tərəfindən qəbul edilmir. Ancaq hakimiyyətin Qasim Süleymani ətrafında təbliğatını qurması, onu rejimin dayaqlarından birinə çevirməsi etiraza səbəb olub. Qasim Süleymani Tehran hakimiyyətinin siyasi-ideoloji-hərbi simvolu sayılır. Onun öldürüldüyü gün törədilən bombalı hücum bu rəmzin dağıdılmasına xidmət edir.

Hələ ki ölənlər arasında mülki vətəndaşların olub-olmadığı araşdırılır. Ancaq İranda bu kimi tədbirlərdə əsasən bəsiclər iştirak edir. Bu baxımdan, ölənlər arasında Sepah-ın yarıımhərbi könüllü birləşməsinin üzvlərinin sayının çox olacağı ehtimalı da az deyil.

Odur ki, mərasim keçirilən yerdə belə bir hücumun reallaşması həm də qvardiyaya, Qüds qoluna və bəsiclərə yanaşmanın göstəricisi sayıla bilər.

Qeyd edək ki, ABŞ və İsrail Sepah-ı terror təşkilatları siyahısına daxil edib. Avropa İttifaqının bir sıra ölkələrinin parlamentləri bu silahlı qüvvəni terrorçu olaraq tanımaqla yanaşı, öz ölkələrinin hakimiyyətlərinə uyğun addımı atmağı tövsiyə ediblər.

Xatırladaq ki, İranda qvardiyanın tədbirlərində ilk dəfə deyil oxşar hadisə baş verir. 2018-ci ilin sentyabrında İranın Əhvaz şəhərində naməlum silahlı şəxslərin hərbi parada hücumu nəticəsində 25 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı. Onda ölən hərbçilərin sayının daha çox olduğu iddia edilirdi.

Ümumiyyətlə, ölkədə hərbçilərə, o cümlədən Sepah qüvvələrinə qarşı silahlı hücumlar tez-tez baş verir.

Bu tip silahlı hücumları bir neçə səbəblə əlaqələndirmək olar:

– cəmiyyətin etirazı;

– cəmiyyətin tələbləri ilə hakimiyyətin hesablaşmaması;

– İran hakimiyyətinin HƏMAS-İsrail müharibəsi fonunda regionda pozuculuq fəaliyyətini davam etdirməsi;

– daxili qarşıdurmanın göstəricisi;

– Tehran rejiminə terrorlar etməməklə bağlı xəbərdarlıq;

– İran hakimiyyətinin son aylar ABŞ-nin Suriya və İraqdakı hərbi bazalarına basqınlara cavabın verilməsi və s.

Beləliklə, 2024-cü ilin ilk günləri, 4 il əvvəl olduğu kimi, İran cəmiyyəti üçün qeyri-adi, faciəvi hadisə ilə başladı. Ehtimal etmək olar ki, bu qanlı hadisə İranın üzləşəcəyi yeni problemlərdən xəbər verir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO