Dünya 04.01.2024 20:34

Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəmə daxil edildi” adlı süjetdə Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı azərbaycanlıların öz tarixi yurdlarına qayıdacaqları ilə bağlı söylədiyi fikirlərdən, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara ünvanlandığı məktublara verilən cavablardan sonra  Ermənistan mətbuatında yayılan məlumatlardan bəhs olunur.

Bildirilir ki, dövlət başçısı Qərbi Azərbaycana qayıdışla bağlı prioritet hədəfləri müəyyənləşdirib: “Bu hədəflərdən ən vacibi Qərbi Azərbaycana qayıdışın – tarixi ədalətin bərpa edilməsinin beynəlxalq gündəmə çıxarılması və qəbul etdirilməsi idi. 2023-cü ildə azərbaycanlıların tarixi yurduna qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edilməsi ilə nəticələndiyini deməyə əsas verir”.

Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyanın və Təhükəsizlik Şurasının üzvlərinə, UNESCO-nun Baş direktoruna, BMT-nin Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarına ünvanlandığı məktublara verilən cavablardan sonra  Ermənistan mediasında müxtəlif məlumatlar yayılıb: “Aravot” qəzetinin dərc etdiyi məlumatda deyilir ki, UNESCO Ermənistan Xarici İşlər Nazirliyinə Qərbi Azərbaycanda abidələrin dağıdılması ilə bağlı sənəd göndərib. Bu faktla rəsmi Bakı artıq Qərbi Azərbaycanla bağlı prosesi beynəlxalq müstəviyə keçirib və Ermənistan hökuməti qoyulan tələblər qarşısında geri çəkilir. Erməni etnoqraf Hranuş Xaratyan isə bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı sənədi qəbul etməsi rəsmi İrəvanın azərbaycanlıların qayıdışı məsələsi ilə razılaşmasının göstəricisidir.

Erməni diasporunun fəallarından olan Harut Sasunyan da BMT Komitəsinin Ermənistan qarşısında qaldırdığı tələblərin rəsmi Bakının Qərbi Azərbaycan strategiyasında irəliyə doğru atılmış mühüm addım olduğunu söyləyir”.

Sonda vurğulanır ki, bütün bunlar 2023-cü ildə qaçqınların Qərbi Azərbaycana qayıdışı hədəfində mühüm nəticələrin əldə edildiyini deməyə əsas verir: “Bu uğurlar xüsusilə iki apsektdə əhəmiyyətlidir. Birincisi, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq ictimaiyyətin gündəminə daxil edilib. İkincisi, BMT başda olmaqla beynəlxalq təşkilatlar Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irsin qorunması, eləcə də qaçqınların hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Ermənistan qarşısında tələblər qaldırır. Üçüncüsü, azərbaycanlıların öz doğma evlərinə qayıdışı ilə bağlı beynəlxalq səviyyədə hüquqi əsaslar yaradılır və bu, rəsmi İrəvan qarşısında qaldırılan Qərbi Azərbaycan məsələsində rəsmi Bakının əlini gücləndirən faktordur. Əldə edilən nəticələr həm də onu göstərir ki, azərbaycanlıların öz evlərinə qayıdışı yaxın perspektivdə baş verə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 4-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO