Dünya 16.01.2024 14:32

Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL

Erməni ideoloqları və əksər KİV-ləri ənənəvi olaraq tarixi hadisələri təhrif edir. Bu təhriflər əsasında da “tarix” yazırlar. Sonra belə saxta tarixdə göstərilən “faktları” da dünyaya car çəkirlər. Türkiyə və Azərbaycana qarşı olan havadarları da bu tip “məlumatlar”, “tarixi faktlar” əsasında siyasət qurur.

Məsələn, 1915-ci ildə Osmanlı dövlətindəki hadisələrin təhrif edilməsi əsasında ermənilər “tarix” yazıb. Bəzi ölkələrin müxtəlif seçkili qurumları bu qondarma iddiaları təsdiqləyib.

Son illər, hətta torpaqlar işğal altında olan illərdə belə Ermənistan rəsmiləri və KİV-i ölkəmizə qarşı çoxsaylı qondarma ittihamlarla çıxış edib, tarixi saxtalaşdırmaqla məşğul olublar. Azərbaycan SSRİ tərkibindən çıxarkən malik olduğu ərazidən Ermənistan ordusunu və qanunsuz silahlı birləşmələri çıxardıqdan sonra da bu təhriflər davam edir.

Bu günlərdə Ermənistan hakimiyyətinə bağlı “Baqramyan 26” teleqram kanalında 1990-cı illərin hadisələri təhrif olunub. Rəsmi İrəvanın informasiya və təbliğat ruporu saxtakarcasına iddia edib ki, 1988-ci ildə Azərbaycanda ermənilərə qarşı başlamış qırğınlar 1990-cı il yanvarın 12-13-də “zirvəyə” çatıb. Ermənistan hökumətinin kanalı bildirib ki, guya həmin tarixdə Bakıda minə yaxın erməni “öldürülüb”. Bu “etibarlı” mənbənin iddiasına əsasən, “erməni qırğını” ilə bağlı araşdırma aparılmadığı üçün “qurbanların dəqiq sayı da məlum deyil”.

Bu halda “Baqramyan” minə yaxın erməninin “öldürüldüyünü” necə təxmin edib? Yanvar hadisələrində baş rolu keçmiş SSRİ-nin göstərişi ilə onun erməni əlaltıları oynadığı üçün araşdırma aparılmayıb. Bu hadisələr 1988-ci ilin Sumqayıt hadisələrinin davam idi. Çünki Azərbaycanın bu şəhərində də qırğınları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin yerlərdəki agentlərinin törətdiyinə dair məlumatlar var.

Erməni qırğının təşkilatçılarından ən fəalı iki dəfə məhkum edilmiş Eduard Robertoviç Qriqoryan adlı erməni olub. Təkcə o, 6 ermənini öldürüb. Bunları etməkdə məqsəd erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq olub. Sumqayıt hadisələrinin fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları uzun müddət mətbuatdan gizli saxlanılıb.

Bu hadisənin əsasında Qarabağın Azərbaycanın tərkibindən çıxmasına nail olmaq durub. Sonralar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hadisə ilə bağlı bunları bildirib: “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Ölkə rəhbərliyi (SSRİ-ni nəzərdə tutur-red.) bu məqamdan istifadə edib “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə dair qərar qəbul etsə idi, Azərbaycan xalqının buna etiraz etmək imkanı olmayacaqdı”.

Ermənistanın tanınmış siyasi xadimlərindən biri Paruyr Ayrikyan da etiraf edib: “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələrin Moskva tərəfindən törədildiyini DTK-nin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi.

Yanvar hadisələri eyni xətlə törədilib. Azərbaycanda milli azadlıq hərəkatından narahat olan sovet rəhbərliyi onun qarşısını almaq məqsədi ilə Bakıya əlavə qoşun yeritmək üçün bəhanə axtarırdı. Bu işdə o, Sumqayıt hadisəsini təkrarladı. O vaxt Bakıya yeridilən qoşun və xüsusi təyinatlılarına SSRİ-nin müdafiə nazir Dmitri Yazov başçılıq edib. O müsahibələrindən birində bildirmişdi ki, qoşun “erməni qırğınının qarşısını almaq üçün yeridilmişdi. Elə bu səbəbdən də Yanvar hadisələrinin ermənilərə aid hissəsi araşdırılmayıb. Çünki Sumqayıtdakı kimi ermənilər Bakıda da Moskvanın əlinə oynamışdı.

1988-ci il hadisələrinə gəlincə, Ermənistan hökumətinin ruporu yenə faktları təhrif edib. Həmin ilin payızında 300 minə yaxın qərbi azərbaycanlı indiki Ermənistan ərazisindən zorla, silah gücünə qovulub. Bu cinayətdə sovet hərbçiləri də ermənilərlə birlikdə fəaliyyət göstərib. Mövcud məlumatlara əsasən, 1988–1989-cu illərdə Qərbi Azərbaycanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), mindən çox azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu siyahı tam deyil.

Odur ki, bu hadisələr erməni liderlərinin, ideoloqlarının və havadarlarının birgə fəaliyyətinin nəticəsidir. Sumqayıt hadisələri, 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığından zorla məhrum edilməsi, mal-mülklərinin qanunsuz olaraq mənimsənilməsi, bunun ardınca Bakıya sovet qoşunun yeridilməsinin bir hədəfi olub: Azərbaycan torpaqlarını işğal etmək, milli azadlıq hərəkatını dağıtmaq.

Yeri gəlmişkən, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli məlum bəyanatın müddəalarından biri Qarabağa Rusiya sülhməramlılarının yeridilməsi haqqındadır. Bu, sübut edir ki, Moskva regionda maraqlarını həyata keçirmək məqsədi ilə ermənilərdən yararlanıb. Ermənilər də bir qayda olaraq bu xidməti məmnuniyyətlə qəbul ediblər. Odur ki, “baqramyan”ın bəhs etdiyi mövzu ermənilərin keçmiş sovetlərlə qarşılıqlı əlaqəsi zamanı baş verib. Həmin hadisələrdə əsas hədəf Azərbaycanı çökdürmək və talan etmək olub. Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması həmin hadisələrin davamı və nəticəsi olub. Bu baxımdan “baqramyan”ın iddia etdiyi “araşdırma” aparılsa, Ermənistanın ideoloqları və hədəfləri ifşa olunacaq. Odur ki, hökumət kanalı “ayıbına baxıb, utansa”, sussa daha məntiqli davranar.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO