Səhiyyə 02.02.2024 20:40

“Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər” adlı veriliş İrəvan və Vedi əsilli Qərbi azərbaycanlı, tanınmış göz həkimi Paşa Musayev- Qəlbinurun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin ana yurdu İrəvan şəhərində, qismən isə ata yurdu Qərbi Azərbaycanın Vedi rayonunun Çimən kəndində keçdiyini deyib: “Atam Çimən kəndindən, anam İrəvan şəhərindən olub. Ancaq biz ailə olaraq İrəvanda yaşamışıq. Yadımdadır ki, babamın İrəvandakı böyük mülkündə yuxarıda eyvandan “Neftçi” ilə “Ararat”ın oyununa baxırdım. İrəvan bizim şəhərimiz idi. Erməni məkri, daşnaksyutun ideyaları ilə zaman-zaman deportasiya böyük planla həyata keçirildi. Cəmiyyətdə üst mövqedə olan  insanları müəyyən yollarla məcbur köçürdülər”.

Onun sözlərinə görə, ailələri və qohumları 1954-1957-ci illərdə  İrəvandan Şəmkirə köçüblər: “Qərbdən, Avropadan, Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər ki, oradakı azərbaycanlıları oradan, öz əzəli-əbədi Vətənlərindən  uzaqlaşdırsınlar. Mənim yadımdadı, qonşuluqda Yesxabed adında Fransa ermənisi var idi. Qonşunun və bizim böyük həyətimizin müəyyən hissəsini kəsib onlara vermişdilər. Onları yerləşdirmək üçün xüsusən azərbaycanlıların torpaq sahələrinin, mülklərinin müəyyən hissəsini Ermənistan hökuməti o vaxt siyasi məkrlə alıb onlara verirdi”.

P.Qəlbinur erməni daşnaklarının vəhşiliklərindən söz açıb, hamilə qadının qarnından uşağı kəsib yerə tökmək, belə qaynayan somavar bağlamaq, insanı eybəcər hala salmaq kimi əməlləri yalnız zəhərlənmiş erməni ideologiyanın təsiri olduğunu deyib.

O bildirib ki, İrəvan bizim torpaqlarımızdır: “Qərbi Azərbaycanın hamısı bizim torpaqlarımızdır. Bizim əzəli-əbədi Vətənimizdir. Babamın 7 xiyabanlı mülkü Agestan küçəsində idi. Onun hər bir xiyabanında nəhəng tut ağacları, ərik ağacları var idi. İstəyərəm o nəhəng acağları, o gilas ağaclarını, o tut ağaclarını yenidən görəm. Mən indi də yuxu görəndə çox vaxt İrəvandakı evimizi görürəm. Elə bilirəm ordayıq. O nostalji hissi, Vətən həsrəti hissi çox oyanıb. İNDİ dünyanın hansı yerində oluramsa ora üçün darıxıram, yuxularımda görürəm. Biz ora qayıtmalıyıq, çünki ora bizim Vətənimizdir.  Bizim ruhumuz yalnız oralara bağlıdır. Mən çox əminəm, özümə inandığım qədər inanıram ki, biz Qarabağa qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 2-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO