Hadisə 05.03.2024 22:00

Erməni tarixçi Göyçədə türkləri qırmaqlarını etiraf etdi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni nazirdən etiraf: Göyçə əldən getsə, Ermənistan olmayacaq” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə ilahiyyatçı Aşot Hunayanın “Öncəgörmə və bəsirət” kitabında daşnak erməni silahlı dəstələrinin 1918-20-ci ildə Göyçədə törətdikləri faciələri etiraf etməsindən, 1918-ci ildə Vardenisin qəhrəmancasına özünümüdafiəsi zamanı 3 atlının möcüzəsindən, eləcə də erməni tarixçisi Anahit Lalayanın 1936-cı ildə “Revolyusionnıy Vostok” jurnalında daşnak zabiti Vahramın Basarkeçərdə törətdiyi vəhşiliklərdən bəhs olunur.

Bildirilir ki, müəllif Göyçə mahalının yerli əhalisinin türklər olduğunu, bu ərazini daşnakların Qərbi Azərbaycanda qurulan Ararat dövlətinə tabe etdirmək üçün törədilən amansız soyqırımı əməllərini açıq etiraf edir: “Göyçə mahalı Ararat Respublikasının elan olunmuş ərazisinə daxil deyildi. Amma erməni silahlı dəstələri 1918-ci ilin martından başlayaraq bütün Günay Qafqazda qətliamlar törədərək, öz gələcək dövlətləri üçün ərazi boşaldırdılar. Zəngəzur, Dərələyəz, Vedi, Zəngibasar mahalları kimi, Göyçəni də azərbaycan türklərindən təmizləmək məqsədində sadə gerçək dururudu”.

Vurğulanır ki, daşnaklar Göyçənin Basarkeçər nahiyəsinə hücuma keçərək azərbaycanlılar yaşıyan Böyük Məzrə, Qızılvənq, Şahab, Subatan, Zağalı kəndlərinin əhalisini qətlə yetirdilər: “1919-cu il fevralın 28-də Zod və ətraf kəndlərin əhalisindən zorla vergi almaq istəyən Siliko və Xaçaturovun daşnak dəstəsi müqavimətlə rastlaşdı və qəzəblənən göyçəlilər tərəfindən öldürüldülər. Daşnakların niyyəti Zod aşırımını ələ keçirməklə həm burdakı qızıl yatağını tutmaq, həm də Qarabağda yaşayan ermənilərlə birləşmək idi. 1918-1920-ci illərdə Göyçənin işğalına qarşı Məşədi İsa, Səməd ağa Kəsəmənlinin, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin dəstələri də igidliklə vuruşdular. Sovet hakimiyyəti qurulandan sonra daşnaklar bolşevik libası geyinib, öz cinayətlərini davam etdilər”.

Sonda vurğulanır ki, 1918-20-ci illərdə niyyətlərinə çatmayan ermənilər qırmızı sovet libası geyinib, Göyçədə, bütün Qərbi Azərbaycanda yaşayan yerli azərbaycanlıları oradan çıxarmaq üçün  sayılıb-seçilən şəxslərə qarşı açıq-gizli aradan götürüb, didərgin salmaqla o əhalini başsız qoydular ki, fürsət düşən kimi yenə bu əraziləri təmizləsinlər. Bu fürsəti onlara 1988-ci ildə yenə də xarici havadarları yaratdı, Qərbi Azərbaycanı türklərdən təmizlədilər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO