Hadisə 23.03.2024 21:41

“Ermənilər görkəmli azərbaycanlı cərrahın qardaşını öldürüb meyitini ata bağlayıblar” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun İrəvandan məcburi köçməsindən bəhs olunur.

Bildirilir ki, Azərbaycan ictimai, elmi, siyasi tarixinin parlaq imzası olan professor Mustafa bəy Topçubaşov Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan olub. O, böyük bir şəcərənin layiqli təmsilçisidir və  eyni zamanda, Qərbi Azərbaycanın,  İrəvanın qanlı tarixinin bir səhifəsidir. Belə ki, 1918-1920-ci illərdə erməni daşnakları İrəvanda və onun ətrafında ağlasığmaz fəlakətlər törədir, silahsız, əliyalın azərbaycanlıları kütləvi şəkildə qırır, kəndləri yandırırlar.

Qeyd olunur ki, Topçubaşovlar ailəsi də bu faciədən yan keçmir: “Ermənilər Mustafa bəy Topçubaşovun qardaşı Rza bəyi amansızlıqla qətlə yetirirlər. Bu azmış kimi Rza bəyin meyitini evlərinə daha dəhşətli şəkildə, yəni ata bağlayaraq göndərirlər. Bu dözülməz mənzərə Topçubaşov ailəsini məcburi surətdə öz doğma dədə-baba yurdu olan İrəvanı tərk etməyə məcbur edir”.

Diqqətə çatdırılır ki, akademik Mustafa Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsidir. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

Sonda vurğulanır ki, M.Topçubaşov Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biridir. O, Azərbaycan SSR Ali Sovetinin 10 çağırış deputatı olub və 1981-ci il noyabrın 20-də Bakıda dünyasını dəyişib.

Süjetdə şahidlər Topçubaşovlar ailəsinin yaşadığı dramdan, acı taleyindən faktlarla söhbət açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 23-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Ə

XƏBƏR LENTİ
Hadisə, Səhiyyə / 23.03.2024 21:41
“Ermənilər görkəmli azərbaycanlı cərrahın qardaşını öldürüb meyitini ata bağlayıblar” - FOTO - VİDEO
Hadisə, Mədəni / 22.03.2024 22:07
“Camaata kömək etdiyi üçün daşnaklar erməni katibə işgəncə verdilər” - FOTO - VİDEO
Maraqlı, Mədəni, Sosial / 22.03.2024 13:05
“Nənəmin məzarını görmək istəyirəm” – Rəhilə Bəndəliyevanın “Həyat Hekayəsi” - VİDEO
Hadisə, Hərbi, Kriminal / 19.03.2024 22:11
“Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” - FOTO - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 18:39
“İrəvanda azərbaycanlıların mədəni dəyərləri tamamilə məhv edildi” - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 13:52
İrəvanda ermənilər azərbaycanlılarla pis rəftar edirdilər – ANONS - VİDEO
Hadisə, Kriminal / 19.03.2024 13:04
Zəngibasar mahallında törədilən amansız qətliam – ANONS
Gündəm, Hərbi / 19.03.2024 10:17
Regional məsələlər – NATO ilə Azərbaycanın eyni mövqeyi – TƏHLİL
Mədəni / 19.03.2024 00:02
Bu gün Novruz bayramının İlaxır çərşənbəsidir
Müsahibə / 18.03.2024 22:21
“Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 18.03.2024 11:40
Azərbaycana yaz fəsli daxil olur
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Mədəni, Siyasi / 16.03.2024 12:06
Hümbət Hüseynov “Heydər Əliyevin 100 illiyi ” yubley medalı ilə təltif edilib - FOTO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO
Siyasi, Təhlil / 14.03.2024 14:26
Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır – ANONS
Maraqlı, Siyasi, Sosial / 13.03.2024 22:06
“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO
Siyasi / 13.03.2024 15:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
İqtisadi, Siyasi, Sosial / 13.03.2024 13:10
Adı 4 dəfə dəyişdirilən Kəvər – ANONS - VİDEO
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 12.03.2024 19:00
“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur” – MÜSAHİBƏ - VİDEO
Siyasi / 12.03.2024 17:03
İcma: “The Washington Post”da dərc olunmuş qərəzli yazını pisləyirik”
Təhlil / 12.03.2024 16:31
İran-Ermənistan saxtakarlığı – maskası yırtılan Tehran – TƏHLİL
Mədəni, Sosial / 12.03.2024 13:58
Erməni qızlar niyə haylara ərə getmirlər? – ANONS
Müsahibə, Siyasi / 12.03.2024 13:42
“Azərbaycan Avropa ətrafında sabitlik yaradır” – ANONS - VİDEO