Hadisə 19.03.2024 22:11

“Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə 1918-ci ildə Qafqazda özünə qondarma dövlət quran erməni-daşnak dəstəsinin dinc əhalini qırmasından, bütün mahallarda azərbaycanlılara qarşı soyqırımı törətməsindən və kütləvi qovmasından bəhs olunur.

Bildirilir ki, Zəngibasar mahallında törədilən vəhşiliyin, amansız qətliamın tarixdə təkrarı olmayıb: “Erməni tarixçiləri bu qətliamı “mərkəzi erməni hökumətinə tabe olmayan əhalinin üsyanı və bu üsyanın yatırılması” kimi qeyd edirlər. Çağdaş erməni tarixinə həsr olunmuş mediamax.am portalının “Respublika” layihəsində bu hadisələr haqqında qeydlərdə yerli Azərbaycan əhalisinin qəhrəmanlıqla müdafiə olunması öz əksini tapıb. Tarixi saxtalaşdıran erməni mənbələri Azərbaycanları tatar əhalisi kimi qeyd ediblər”.

Qeyd olunur ki, o dövrdə dırnaqarası erməni başbilənləri üçün Zəngibasar və Vedidə yaşayan azərbaycanlılar İrəvan üçün ən böyük təhlükə sayılıb. Onların fikrincə, əgər Zəngibasar azərbaycanlıları hücuma keçsə və vedililərə qoşulsa Ermənistan dağılacaq.

Diqqətə çatdırılır ki, bu “qorxu”ya görə daşnak erməni qoşunları 1918-ci ilin iyunana İrəvan quberniyasında 200-dən çox müsəlman kəndini dağıdıb: “İki ay ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndi məhv edilib. Erməni tarixçilərinin özlərinin etirafına görə, ermənilər evləri talan edib, kəndi tamamilə yandırıblar ki, bir daha əhali öz evlərinə qayıda bilməsin. Daşnak silahlı qüvvələri bütün azərbaycanlı kəndlərini viran qoyub, əhaliyə divan tutub qırğınlar törədib”.

Sonda vurğulanır ki, bütün bu müsibətlər yalnız 1920-ci iln sonunda Ermənistanda Sovet hakimiyyəti qurulanda səngisə də, amma bitməyib: “1988-ci ilə qədər Zəngibasar əhalisini daim təzyiqdən saxlayan ermənilər nəhayət arzularına çatdılar, xüsusi qəddarlıq və amansızlıqla Zəngibasar mahalında yaşayan yerli azərbaycanlı əhalini qovdlur, türksüz Zəngibasar, Ermənistan niyyətlərini həyata keçirdilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hadisə, Hərbi, Kriminal / 19.03.2024 22:11
“Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” - FOTO - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 18:39
“İrəvanda azərbaycanlıların mədəni dəyərləri tamamilə məhv edildi” - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 13:52
İrəvanda ermənilər azərbaycanlılarla pis rəftar edirdilər – ANONS - VİDEO
Hadisə, Kriminal / 19.03.2024 13:04
Zəngibasar mahallında törədilən amansız qətliam – ANONS
Gündəm, Hərbi / 19.03.2024 10:17
Regional məsələlər – NATO ilə Azərbaycanın eyni mövqeyi – TƏHLİL
Mədəni / 19.03.2024 00:02
Bu gün Novruz bayramının İlaxır çərşənbəsidir
Müsahibə / 18.03.2024 22:21
“Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 18.03.2024 11:40
Azərbaycana yaz fəsli daxil olur
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Mədəni, Siyasi / 16.03.2024 12:06
Hümbət Hüseynov “Heydər Əliyevin 100 illiyi ” yubley medalı ilə təltif edilib - FOTO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO
Siyasi, Təhlil / 14.03.2024 14:26
Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır – ANONS
Maraqlı, Siyasi, Sosial / 13.03.2024 22:06
“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO
Siyasi / 13.03.2024 15:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
İqtisadi, Siyasi, Sosial / 13.03.2024 13:10
Adı 4 dəfə dəyişdirilən Kəvər – ANONS - VİDEO
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 12.03.2024 19:00
“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur” – MÜSAHİBƏ - VİDEO
Siyasi / 12.03.2024 17:03
İcma: “The Washington Post”da dərc olunmuş qərəzli yazını pisləyirik”
Təhlil / 12.03.2024 16:31
İran-Ermənistan saxtakarlığı – maskası yırtılan Tehran – TƏHLİL
Mədəni, Sosial / 12.03.2024 13:58
Erməni qızlar niyə haylara ərə getmirlər? – ANONS
Müsahibə, Siyasi / 12.03.2024 13:42
“Azərbaycan Avropa ətrafında sabitlik yaradır” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.03.2024 22:17
“Dayımı və hamilə həyat yoldaşını ermənilər xəstəxanada öldürdülər” - VİDEO
Sosial / 09.03.2024 22:12
Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.03.2024 22:40
İrəvanın bu məhəlləsi boşaldılır: orada azərbaycanlılar yaşayacaq - FOTO - VİDEO