Hadisə 13.04.2024 22:28

“Erməni türkün toplarının qorxusundan azərbaycanlılara zərər verməyib” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər Təkəliyə 1915-1918-ci illərdə Türkiyədən gəlmişdilər” adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Təkəli kənd sakini Zahid Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən söz açıb, orta məktəbdə ermənilərlə birlikdə oxuduğunu, müxtəlif oyunlar oynadıqlarını xatırladıb: “Bizim məktəbdə həm ermənilər, həm də biz oxuyurduq. Biz çox üstünlük təşkil edirdik. Hardasa 100-150 uşaq azərbaycanlı idisə, 10-15 nəfər erməni idi. Uşaqlığımız çox mülayim, yaxşı keçib. Biz həmişə yarışlarda ermənilərə üstün gəlmişik. Təkəli kəndində 170-ə yaxın evin 20-də ermənilər yaşayırdı. Ermənilər həmin kəndə 1915-1918-ci illərdə Türkiyədən gətirilib məskunlaşdırılmışdılar. Kənddə camaat tayfa ilə tanınırdı. Günümüz bulaqların başında, meşələrdə gül yığmaqla keçərdi”.

Z.Həsənov qaçqınlıq illərindən danışıb: “1988-ci ilin fevral ayı idi. Bizim Axta rayonunun Təhlükəsizlik Komitəsinin sədri erməni idi. O  erməni qonşumun dogma əmisi oğlu idi. Bir dəfə dedilər ki, səni sədr çağırır. Getdim qonşum gilin evbində oturublar. O mənə dedi ki, ey türk, sizin axırınız yoxdu, çalış uşaqlarını buradan çıxar. Dedim niyə? Dedi ki, bu vəziyyəti görmürsənmi, millətin qabağını ala bilməyəcəyik. Elə səhəri gün bizim kəndə 6 TIR gəldi, əşyalar yükləndi və getdi. Biz iyunun 3-4-də kənddən çıxdıq. Bakıya gəldik, Zabratda məskunlaşdıq. Bizim kəndin camaatı 1949-cü ildə yenə deportasiya olub. Saatlı rayonuna gəliblər. İnsanlar istiyə dözə bilməyib. Camaat görüb ki, yaşamaq mümkün deyil, yenidən Qərbi Azərbaycana, Axta rayonuna qayıdıblar. Gediblər ki, öz kəndləri artıq yoxdur, darmadağın dağıdıblar. İnsanları cəmləşdirib Təkəli kəndinə yığıblar. Babam həmişə söhbət edərdi ki, türkün əsgəri olub. Sarıqaya deyilən yerdə türkün topları düzülübmüş. Erməni o topların qorxusundan müsəlmana zərər verməyib. O deyərdi ki, Nuru başa bizim kənddən keçib. Cavanları dəvət edib ki, gəlin, Azərbaycana köməyə gedək. Onlar Mərdəkana kimi gəliblər, milləti azad ediblər. Geri qayıdanda Nuru paşa deyib ki, cocuqlarım, gəlin bizimlə Türkiyəyə gedək. Sizin burada axırınız yoxdu. Babam deyir, biz isə  dedik ki, bəs Vətən, bəs ata, bəs valideyn?! Bu gözəl yeri buraxıb getmək olarmı? Getməyiblər”.

Onun sözlərinə görə, dogma yurdu hər gün yuxuda görür, Vətən həsrəti ilə yaşayır: “Mən yenidən o gözəl yerlərə qayıdacağıma əminəm. Üləşik kəndində babalarımın, atamın qəbrini ziyarət edəcəm. Oradan doğulduğum Təkəlli kəndinə gedəcəm. Bizim buna ümidimiz var. Ona görə ki, bizim İlham Əliyev kimi Prezidentimiz var. Biz ora mütləq qayıdacağıq, yaşayacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 13-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Hadisə, Maraqlı / 13.04.2024 22:28
“Erməni türkün toplarının qorxusundan azərbaycanlılara zərər verməyib” - FOTO - VİDEO
Sosial / 13.04.2024 11:22
“KQB sədri mənə dedi ki…” – Zahid Həsənovun “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 12.04.2024 22:17
Erməni mediası: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - FOTO - VİDEO
Gündəm, Hərbi / 12.04.2024 11:22
“Müharibə başlasa, Azərbaycan üçün risklər varmı?” - VİDEO
Siyasi / 11.04.2024 22:14
“Dəmiryolu vağzalında sonlanan parlaq ömür” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2024 14:36
Əli Hüseynli Yevlaxda 3 kəndin sakinləri ilə görüşüb - FOTO
Maraqlı, Sosial / 10.04.2024 22:15
“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO
Sosial / 10.04.2024 13:23
“Ermənilərin Qaranlq oyunbazlığı” – ANONS - VİDEO
Mədəni, Sosial / 09.04.2024 22:53
“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO
Hərbi, Müsahibə / 09.04.2024 18:52
“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Elm və təhsil, İqtisadi / 09.04.2024 16:41
ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO
Müsahibə, Video müsahibə / 09.04.2024 13:25
“Ermənilər türklərin sayəsində sağ qalıblar” – ANONS
Müsahibə, Video müsahibə / 08.04.2024 22:40
“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO
Siyasi / 08.04.2024 17:15
ABŞ və Aİ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq – BƏYANAT
İdman / 08.04.2024 09:58
Nərimanlı gəncləri ilə görüş - FOTO
Siyasi / 06.04.2024 22:16
Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldu - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 05.04.2024 22:09
“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.04.2024 13:45
“Nüvədiyə nəvələrimlə gedəcəm” – Sədaqət Həsənovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO
Maraqlı, Sosial / 03.04.2024 12:39
Hayların 38 kəndi xarabalığa çevirdiyi rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 02.04.2024 21:51
İrəvan şəhərində sensasiyalı tapıntı – xanın şəxsi əşyaları tapıldı - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 02.04.2024 19:00
Ermənilər azərbaycanlıları qovaraq yeməklərini mənimsədilər - FOTO - VİDEO