Rakus.az xəbər verir ki, tədqiqatçıların məlumatına görə, hazırda 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir. Əlli il ərzində Yer səthinin ümumi məhsuldarlığı 23 faiz azalıb.
Bu halda Dünya okeanında 245 min kvadrat kilometr sahəni əhatə edən təxminən 400 “ölü zona” yaranıb.
Xatırladaq ki, tədqiqatda 400-dən çox alim və ekspert iştirak edib. Onlar 3 il ərzində 15 mindən çox elmi və dövlət informasiya mənbəyindən məlumatlar yığıblar və təhlil ediblər.