Kriminal 11.05.2019 14:42

Bakıda “kriminal avtoritet” sifarişlə öldürülüb – QARDAŞI

Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib.

Rakus.az xəbər verir ki, qətl qurbanının qardaşı Elçin Səfərov verdiyi açıqlamada qətlin ehtimal olunan sifarişçisinin adını açıqlayıb.

İlkin məlumata görə, məhkəmə tibbi ekspert müayinəsi zamanı meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.

Ancaq mayın 11-də mərhumun qardaşı redaksiyaya zəng vuraraq, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Z.Y. arasında ciddi münaqişə meydana gəlib. Z.Y. Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Z. Y. sifariş edib:

“Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Z.-nin atası Ə.Y. yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.

Zərərçəkən tərəf iddia edir ki, cinayətkarlar maşına minərək, Elçinə 78 bıçaq zərbəsi endirib. Onlar onu tros vasitəsilə boğublar. Bütün bunlar məhkəmə-tibbi ekspert rəyində də göstərilib. Bundan başqa, münaqişədə konkret şəxlərin iştirak etməsinə işarə edən “WhatsApp” yazışmalar var.

Elçin Səfərovun bildirdiyinə görə, yalnız bir nəfər saxlanılıb, qalan qətl iştirakçıları isə azadlıqdadır. O əmin edir ki, bir neçə şəxsin qətldə iştirak etməsi faktını təsdiq edə biləcək şahidlər var.

Qeyd edək ki, mayın 11-də Elçin Səfərovu ifadə vermək üçün rayon prokurorluğuna çağırıblar.

Əldə etdiyimiz məlumata görə, “Emin 444” (onu sürdüyü avtomobilin dövlət nömrə nişanındakı rəqəmlərə görə belə adlandırıblar), kriminal dairələrdə avtoritetə malik olub, belə ki, qanuni oğru Nadir Səlifov (Lotu Quli – hazırda Dubayda yaşayır) qruplaşmasına aid olub, Emin Massallinski ləqəbi ilə tanınıb. Bundan başqa, mərhumun qardaşının dediyinə görə, Emin Qulinin yaxın dostu olub, onunla eyni həbsxanada – 8 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.

Emin Səfərovun adı 2013-cü ilin yanvar ayında qaldırılmış cinayət işində – Vüqar Orucovun qətli və Bəxtiyar Orucovun yaralanmasında hallanıb.

Cinayət hadisəsi yanvarın 28-də Nərimanov rayonunda törədilib. Həmin cinayətə görə E.Səfərov altı il azadlıqdan məhrum edilmişdi. Beş il cəza çəkdikdən sonra şərti azadlığa çıxmışdı.

Emin Massallinski ötən il odlu silah saxlamaya görə həbs olunmuşdu. Ancaq bu səfər də, dəmir barmaqlıqlar arxasında çox qalmamışdı. Səfərov bu yaxınlarda vaxtından əvvəl azad edilmişdi. (Oxu.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO