Tatarıstanın Zelenodolsk şəhərində doqquzmərtəbəli yaşayış binasında qaz partlayışı baş verib. Son məlumatlara görə altı nəfər yaralanıb, 1934-cü il təvəllüdlü bir kişi isə həlak olub.
Rakus.az xəbər verir ki, bu barədə Rusiyanın Tatarıstanda Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
İlkin məlumata görə, yeddinci mərtəbədə altı, səkkizinci mərtəbədə bir mənzil uçub.
Hadisənin əsas versiyası olaraq qaz sızması irəli sürülür.
TASS Təcili yardım xidmətində bir mənbəyə istinadla bildirib ki, partlayışın səbəbi intihar da ola bilər.
“İlkin məlumatlara görə, partlayışın səbəbi mənzil sahibinin intiharı ola bilər. Bu versiya indi yoxlanılır”, – mənbədən bildirib.
“Səhlənkarlıqdan ölümə səbəb olduqda” maddəsi ilə cinayət işi qaldırılıb.