Kriminal 20.01.2024 13:01

20 Yanvar: Vətən, torpaq, azadlıq uğrunda mübarizə – TƏHLİL - FOTO

Yanvarın 20-si Azərbaycan milli dövlətinin, onun ərazi bütövlüyünün bərpası, 190 illik müstəmləkə zülmündən xilas olmaq uğrunda mübarizənin rəmzi, yüksək zirvəsidir.

Bu tarix cəmiyyətə şəhidlik sözünü yeni çalarda təqdim etdi. Düzdür, yanvar hadisələrindən əvvəl də Qarabağda sovet-erməni hərbçiləri ilə döyüşlərdə azərbaycanlılar şəhid olurdular. Ancaq 1990-cı ilin ilk ayı bu sözü Azərbaycan vətəndaşları üçün mahiyyətini daha da aydınlatdı, müqəddəsləşdirdi. Sovet İttifaqında allahsızlığın təbliğ edildiyi və hakim olduğu mühitdə böyüyən, təhsil alan, yaşayan insanlar üçün şəhidlik daha çox dini mahiyyət daşıyırdı. Azərbaycan cəmiyyəti milli azadlıq mübarizəsinədək Kərbəla şəhidləri haqqında məlumatlı idi.

Vətən, torpaq, azadlıq uğrunda mübarizə bu cəmiyyət üçün fərqli təbliğ olunduğundan şəhidliyin yükü, ucalığı da uzaq salınmışdı.

Yanvar hadisələri şəhidliyi və şəhidləri Azərbaycan cəmiyyəti üçün daha əziz etdi.

Yanvar hadisəsi Qara Yanvar, Yanvar faciəsi kimi də adlanıb. Ancaq bu, Azərbaycanın milli azadlıq uğrunda mübarizəsinin qarşısını Moskvanın silahlı dəstələri, tankları vasitəsilə almaq cəhdinin nəticəsi idi. Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyində təmsil olunan müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkov, Yevgeni Primakov və başqaları məsuliyyət daşıyırdılar.

Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş, 744 adam ağır xəsarət almış; dörd nəfər itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Azərbaycanda fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdi. Sovet hərbçiləri bu rejim tətbiq edilməmiş Neftçala və Lənkəranda 25-26 nəfər öldürmüşdülər.

Azərbaycan milli azadlıq mübarizəsi tamamilə dinc milli azadlıq hərəkatı idi. O, tarixdə Mahatma Qandinin Hindistanda Böyük Britaniya müstəmləkəsinə qarşı mübarizəsi ilə oxşardır. Çünki bu, mövcud reallığa və pisliklərə qarşı şiddət, zor tətbiq etməyən hərəkat olub.

Azərbaycan milli azadlıq hərəkatı da dinc yolla mübarizə aparırdı. “The Guardian” qəzeti 1990-cı il yanvarın 22-si tarixli sayında bu mübarizə üsuluna xüsusi diqqət edib: “Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək meyitlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir”.

Bu hərəkatın güclənməsində Azərbaycan ərazilərinin sovet-erməni hərbçiləri tərəfindən işğal olunması, qərbi azərbaycanlıların tarixi yurdlarından qovulması da təkan vermişdi.

Yanvarın 20-də Moskva Azərbaycana qarşı uzun illərdir içində bəslədiyi kini, nifrəti tətbiq etdi. O, Macarıstanda, Çexoslovakiyada, Əfqanıstanda və dünyanın bir sıra ölkələrində törətdiyi cinayətləri Bakıda da həyata keçirdi.

Sovet hərb maşınının Bakıda və başqa rayonlarda törətdiyi qırğınlardan sonra bu dövlətin beynəlxalq aləmdə nüfuzuna çox ciddi zərbə dəydi. Həmin hadisədən sonra SSRİ-nin süqutu prosesi sürətləndi. Böyük Britaniyada çıxan “The Times” qəzeti 1990-cı il yanvarın 29-u tarixli sayında hadisələrə belə qiymət vermişdi: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı. Bu isə sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”.

SSRİ dağılsa da, onun Azərbaycana vurduğu zərbələr hələ də qalır. Onlardan birinin ağır nəticəsi Azərbaycan Ordusu, Prezident İlham Əliyev və cəmiyyətinin birliyi, dost dövlətlərin dəstəyi ilə aradan qaldırılıb. Yanvar hadisələrindən 30 il sonra Ermənistanın və havadarlarının işğal etdiyi torpaqların bir hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında isə yanvar hadisələrinin də uğrunda mübarizə apardığı “Qarabağ bizimdir, bizim olacaq!” şüarı həyata keçdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.

Azərbaycana, onun vətəndaşlarına qarşı çoxsaylı cinayətlər törədənlər, bu əməlləri təşkil edənlər hazırda həbsdədirlər. Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu barədə deyib: “Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə bir edən canilər bu gün həbs olunub, saxlanılıblar və ədalət qarşısında cavab verəcəklər”.

Bu həm də 20 Yanvar şəhidlərinin qanının alınmasıdır. Azərbaycan əsgəri şəhidlərin nahaq axıdılmış qanlarını yerdə qoymadı. Onların uğrunda mübarizə apardığı amallar reallaşdı. Azərbaycan müstəqilliyini bərpa etdi, SSRİ-nin tərkibindən çıxanda malik olduğu torpaqları azad olundu. Şəhidlər həm də Azərbaycana hədəfləri göstəriblər. Bu, Bütöv Vətəndir. Azərbaycanın bütövlüyü uğrunda mübarizə davam edir. Bu gün 34 ildən sonra ilk dəfə şəhidlərin alnıaçıq, üzüağ yad edildiyi, ruhuna dərin hörmətlə “Şəhidliyiniz mübarək!” ifadəsinin utanmadan deyildiyi gündür.

Sədrəddin Soltan- “Report” İnformasiya Agentliyi

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO