Dünya 14.05.2019 13:02

Bakıda qalib olan 8,5 milyon avro qazanacaq

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb.

Rakus.az xəbər verir ki, qurumun rəsmi saytında həlledici qarşılaşma ilə bağlı dərc olunan yazını təqdim edir.

Finalda kim oynayacaq?

Avropa Liqasının baş mükafatı uğrunda “Çelsi” və “Arsenal” yarışacaq. Avrokuboklarda bu iki ingilis klubu bir cütlükdə qarşılaşıblar. Çempionlar Liqasının 2003/04 mövsümünün 1/4 finalında “Çelsi” ümumi hesabda 3:2 qalib gələrək mərhələ adlayıb.

Nominal meydan sahibi kimdir?

Mart püşkatması zamanı inzibati məqsədlər üçün nominal finalçı müəyyənləşib. Bu, “Ayntraxt” – “Çelsi” cütünün (indiki halda “Çelsi” – red.) qalibi olub. Hər iki komandanın futbolçuları əsas formasında oynaya biləcək. Amma əgər rənglər üst-üstə düşsə, nominal qonaqlar (indiki halda “Arsenal” – red.) ehtiyat formanı geyinməli olacaq.

Final haradadır?

İlk dəfə olaraq Avropanın ən nüfuzlu kubokunun finalı Azərbaycanda keçiriləcək. Final Bakıdakı “Olimpiya” stadionunda olacaq. 2015-ci ildə açılışı olan bu arenada “Avro-2020”nin final mərhələsinin 4 matçı (üç qrup, bir 1/4 final oyunu) təşkil ediləcək. Stadion 70 minədək tamaşaçı tutumuna malikdir. Heç bir şübhə yoxdur ki, 1999-cu ildə Moskvada keçirilən finalın rekordu qırılacaq. Həmin vaxt “Parma” və “Latsio” arasındakı görüşü 62 min azarkeş izləyib.

VAR sistemi olacaqmı?

Bu, VAR sisteminin tətbiq olunacağı Avropa Liqasının ilk matçı olacaq. Bundan başqa, əgər əlavə vaxt olarsa, komandalar 4-cü oyunçu dəyişdirmək hüququ qazanacaq.

Hakimlər kimdir?

Matçı italiyalı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Qalib nə qazanacaq?

Avropa Liqasının kubokunu. 15 kiloqram ağırlığı olan bu kubok Avropada çəkisinə görə ən ağır klub mükafatıdır. Qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub. Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq (maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq – red). (Qol.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO