Elm və təhsil 27.01.2025 15:49

Basarkeçər gəncləri Şirazi İbrahimovu “GƏNCLƏRİN DOSTU” elan etdilər - FOTO

Yanvar ayının 25-də Göyçə mahalının Basarkeçər Rayon İcma sədri, professor Nuru Bayramovun rəhbərliyi ilə 2024 -cü ildə uğur qazanmış Basarkeçər kökənli gənclərlə görüş keçirilib.

Rakus.az xəbər verir ki, iclasın əvvəlində Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının binasında keçirilən açılış mərasimindəki çıxışından sitatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbər heyəti və icma üzvləri, Milli Məclisin deputatları, 2024-cü ildə uğur qazanmış Basarkeçər kökənli gənclər və onların valideyinləri iştirak ediblər.

İştirakçılar Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ata-babalarımızın yüz illər boyu yaşadığı, tikib qurduğu, torpağına qarışdığı, ruhları dolanan o yerlərə mütləq qayıdacaqlarına əminliklərini ifadə etdilər. Sonda uğur qazanmış gənclər Basarkeçər Rayon İcması tərəfindən təltif olunublar.

Basarkeçər Rayon Gənclər Şurasının sədri Aynur Rüstəmava QAİ-Basarkeçər rayon Nərimanlı (Hüseynquluağalı) kənd İcmasının sədri, Azərbaycan Tibb Universitetinin müəllimi Şirazi Rüstəm oğlu İbrahimov gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığına, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyinə, gənclərin fəaliyyətini ən mühüm istiqamətlərdən biri kimi dəyərləndirdiyinə, “Basarkeçər Gənclər Şurası”nın inkişafı üçün verdiyi mənəvi dəstəyə görə Basarkeçər gəncləri adından“GƏNCLƏRİN DOSTU” adına layiq görüldüyünü elan edib.

Basarkeçər Rayon İcma sədri, professor Nuru Bayramov “Gənclərin dostu” adlı təşəkkürnamə plaketini təqdim edib.

Ş.İbrahimov minnətdarlıq edərək bildirib ki, gənclərin dostu olmaq həm qürurverici, həm də böyük məsuliyyətdir: “Basarkeçər Rayon İcma sədrinə, Basarkeçər Gənclər Şurasının sədrinə və Basarkeçər gənclərinə öz təşəkkürümü bildirirəm”.

Sonda xatirə şəkli çəkdirilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO