Elm və təhsil 23.06.2025 11:27

Tarixçi alim beynəlxalq konfransda Azərbaycan xanlıqlarından danışıb

Sankt-Peterburqdakı “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərbi Tarix Muzeyi”ndə Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət İdarəsinin və Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının təşkilatçılığı ilə “Müharibə və silahlar, yeni tədqiqatlar və materiallar” adlı XII beynəlxalq elmi-praktik konfrans keçirilib.

Rakus.az “Azərbaycan” qəzetinə istinadla xəbər verir ki, konfrans faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunub. 130 alim və tədqiqatçının iştirak etdiyi konfransda “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin direktoru, ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov üç elmi məruzə ilə çıxış edib. Məruzədə XVIII əsrin sonu və XIX əsrin əvvəllərində baş verən hadisələrdən, Azərbaycan xanlıqlarının Rusiya ilə İran arasında bölünməsi prosesindən danışılıb. Digər məruzələr “Avropanın azad edilməsində Azərbaycan SSR döyüşçüləri” II Dünya müharibəsində qələbəyə Azərbaycan SSR-nin töhfəsi, Qafqaz və Xəzəryanı regionlardakı xalqların qarşılıqlı fəaliyyəti” mövzularına həsr olunub.

O bildirib ki, II Dünya müharibəsi illərində Azərbaycan SSR-dən hərbi ehtiyaclar üçün 75 milyon tondan çox neft göndərilmişdir. Böyük itkilər bahasına və inanılmaz şücaətlə nasist qoşunlarına layiqli cavab verilmiş və müharibənin gedişatı tamamilə dəyişmişdir. Məhz buna görə faşizm üzərində Qələbə günü Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd olunur.

Pərvin Gözəlov 2015-ci ildə həmin muzeyin fondundan Azərbaycanın elmi-mədəni həyatında ilk dəfə olaraq şəxsi təşəbbüsü ilə ölkəmizin dövlətçiliyi tarixinə dair materialları, eksponatları müəyyən edərək nəşr etdirib. Müəllifin “Artilleriya, Mühəndis və Rabitə Qoşunları, Hərbi Tarix Muzeyində”ki araşdırması Rusiya Federasiyası muzeylərində Azərbaycanın tarixi bayraqlarının tədqiqi istiqamətində aparılan ilk araşdırmadır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO