Mədəni 12.07.2025 23:32

“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvan sarayı əsasən Süsən gülünün təsviri ilə bəzədilmişdi” adlı buraxılışda Azərbaycan Rəssamlar İttifaqının üzvü, araşdırmaçı, tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvan sarayında təsvir olunan simvolların mistik mənasından söz açıb.

O bildirib ki, İrəvan sarayı əsasən Süsən gülünün təsviri ilə bəzədilmişdi. Mirzə Qəsim İrəvani kosmik aləmin izahını həndəsi həllə sarayda əks etdirmişdi. Süsən gülü yaradana səcdə elementi kimi təsvir edilirdi.

Onun sözlərinə görə, Qərbi Azərbaycan incəsənətində Həyat ağacının fərqli obrazları var: “Qərbi Azərbaycanda yaşayan türklərin oturuşmuş mədəni mühiti var idi. İrəvandakı hamamlar həm də mədəniyyət mərkəzi idi. Azərbaycan teatrının əsası 1673-cü ildə İrəvanda qoyulub. Həmin dövrdə İrəvanda peşəkar Azərbaycan teatrı mövcud olub. İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb. Azərbaycanlılar İrəvanı dövrün dəhliz kəsişməsinə çevirmişdilər”.

İ.Sərdarlı deyib ki, İrəvan xanı tərəfindən xanlıq böyük iqtisadi və mədəni mərkəzə çevrilmişdi. Rus işğalı dəhlizlərin mərkəzi olan İrəvanı dalan əyalətə çevirdi. İrəvan xanlığı dövrün böyük iqtisadi zonasi idi.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 12-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO