Müsahibə 14.07.2025 23:06

“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Estoniyada yaşayan həmyerlimiz, Azərbaycan mədəniyyətini Avropada yüksək səviyyədə təbliğ edən rəssam Rövşən Nur olub.

O, ata-baba yurdu Göyçə mahalından, Basarkeçər rayonunun Nərimanlı kəndindən danışıb. Bildirib ki, SSRİ rəhbəri İosif Stalinin bədnam qərarı ilə 1948-1953-cü illərdə soydaşlarımız Qərbi Azərbaycandakı tarixi torpaqlarından zorla deportasiya olunublar. O dövrdə bu, könüllü köçürülmə kimi qələmə verilsə də, əslində azərbaycanlılar heç bir ciddi əsas olmadan, sadəcə azərbaycanlı olduqlarına görə doğma el-obalarından didərgin salınıblar. Belə tale yaşayanlardan biri də Nərimanlı kəndində dəyirmançı kimi tanınan Oruc kişinin ailəsi olub. Onlar əvvəlcə indiki Göygöl rayonuna köçüb, daha sonra Göranboy və Mingəçevirdə məskunlaşıblar.

Nur tarixi vətəni Göyçə barədə ilk təəssüratlarının nənəsinin, valideynlərinin söhbətlərindən formalaşdığını dilə gətirib. Qeyd edib ki, hələ uşaq yaşlarında bu təəssüratların təsiri altında heç vaxt üzünü görmədiyi Göyçə gölünün rəsmini çəkib, onun gözəlliyini əks etdirib. Müsahib nənəsinin söhbətləri əsasında soydaşlarımızın başına gətirilən müsibətlərə də toxunub. Deyib ki, ermənilər nənəsinin gözü qabağında qardaşlarını öldürüblər. Deportasiyaya məruz qalan ailə pərən-pərən düşüb, çox acınacaqlı tale yaşayıb.

Rəssam R.Nur vaxtilə Estoniyaya ali təhsilini davam etdirmək üçün gəldiyini, təhsilini başa vurduqdan sonra isə burada yaşamaq və yaratmaq qərarına gəldiyini söyləyib. O, Estoniyada Azərbaycan mədəniyyətini təbliğ etdiyini, Qərbi Azərbaycan adət-ənənələrini yaşatdığını, Estoniyada özünə aid rəsm qalereyasında Azərbaycana həsr olunan sərgilər təşkil etdiyini, əslən Qərbi azərbaycanlı uşaqlara rəssamlıq və xalçaçılığın sirlərini öyrətdiyini bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 14-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO