Elm və təhsil 26.11.2025 17:17

BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO

Noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi rəhbərliyinin təşkilatçılığı ilə “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, əvvəlcə dəyərli müəllimlərin, qonaqların və tələbələrin iştirakı ilə bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev bu kimi tədbirlərin keçirilməsinin gənc jurnalistlərin peşəkarlaşmasında böyük rol oynadığını qeyd edib. Kitabın şəhid jurnalistin həyat və yaradıcılığını əhatə etdiyini bildirib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Milli Məclisin deputatı Rizvan Nəbiyev Milli Mətbuatın 150 illik yubileyində işıq üzü görən nəşrin təkcə Vətən müharibəsində hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında döyüşən, erməni terroru nəticəsində Kəlbəcərin Susuzluq kəndi yaxınlığında 2021-ci il iyunun 4-də minaya düşərək həlak olan şəhid jurnalist Məhərrəm İbrahimovun peşəkar fəaliyyətini deyil, həm də onun Vətənə və peşəsinə olan sadiqliyini əks etdirdiyini söyləyib. O, çıxışında erməni terrorunun vurduğu yaralar, beynəlxalq humanitar hüquq, Konvensiyalar barədə ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edərək, müharibənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji baxışları və mükəmməl liderliynin, Ordumuzun hərbi şücaəti ilə yanaşı, xalqımızın milli birliyinin, mətbuatın ön və arxa cəbhədə göstərdiyi fədakarlığın təcəssümü olduğunu diqqətə çatdırıb.

Kitabın müəllifi, jurnalist Əsgər Əlioğlu qardaşı Məhərrəm İbrahimovun peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olduğunu deyib. O bildirib ki, Məhərrəm İbrahimov Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib, daim qaynar nöqtələrdə olub, hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirib. Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzərək dağıntıları lentə alıb, tarixə çevirib. Ə.Əlioğlu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının Məhərrəm İbrahimovun gördüyü işlərin daha geniş kütləyə çatdırılması məqsədilə dörd il ərzində yazıldığını vurğulayıb.

Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli şəhidlərlə bağlı kitablara ön söz yazmağın heç də asan olmadığını söyləyərək deyib ki, hərbi jurnalist Məhərrəm İbrahimovun ömür yoluna və peşə fəaliyyətinə həsr olunmuş bu kitab gələcəkdə jurnalist kimi yetişən media təmsilçiləri üçün əhəmiyyəti böyükdür: “Nəfis şəkildə çap olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Məhərrəm İbrahimovun təkcə hərbi jurnalist kimi cəsarətli fəaliyyətini yox, həm də ömrü yarımçıq qalmış vətənpərvər övlad kimi, onun yeni nəsil jurnalistlər üçün örnək daşıyan nümunəvi davranışlarını əks etdirir”.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışında AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovu yaxından tanıdığını, onunla bağlı xoş xatirələrini bölüşüb və vurğulayıb ki, şəhid jurnalistlərimizin  zəhmətkeşliyi, əzmkarlığı və insani keyfiyyətləri hamımız üçün bir nümunədir və onların xatirəsinin daim yad edilməsi hamımızın mənəvi borcudur.

Kitabın müəllifi tələbələrin sualları cavablandırıb, onlara imzalı kitabını təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, bu kitab iki əsrdən çoxdur milyonlarla azərbaycanlının qəlbinə sağalmaz yara vuran erməni vandalizminin və mina terrorunun geniş iştimaiyyətə çatdırılıması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması, jurnalistika fənninin tədris edildiyi ali və hərbi məktəblər üçün dərs vəsaiti kimi də nəzərdə tutulur.

Kitaba Milli Məclisin deputatı, diplomat, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev,  yazıçı-jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid,  texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov rəy veriblər. Kitabın redaktoru  filologiya elmləri üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova, ön söz müəllifləri professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, istefada olan mayor, Əməkdar jurnalist Rəşid Faxralıdır. “Zərdabi Nəşr” MMC-də çap edilən və texniki redaktoru araşdırmaçı Qoşqar Abduyev olan nəşr 688 səhifədən və 15 bölmədən ibarətdir.

(Tədbirin geniş mətni qarşıdakı günlərdə dərs ediləcək)

XƏBƏR LENTİ
Sosial / 16.12.2025 14:16
Bacoğlu necə Haykavan oldu? – ANONS
Siyasi / 16.12.2025 13:22
Paşinyan “Kilsə girdabı”ndan çıxa biləcəkmi? – ANONS
Müsahibə / 15.12.2025 23:20
“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO
Elm və təhsil / 15.12.2025 14:00
Bir əsr tarixi olan Nərimanlı kənd orta məktəbi – TƏDBİRİN MƏNZƏRƏSİ - FOTO - VİDEO
Hərbi / 13.12.2025 23:18
Qərbi Azərbaycan toponimləri silahbəndlik tariximiz haqqında nə deyir? - VİDEO
Siyasi, Sosial / 12.12.2025 22:51
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” - FOTO - VİDEO
Gündəm / 12.12.2025 17:38
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO