Elm və təhsil
02.02.2026
10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) konfrans salonunda Qərbi Azərbaycanın Basarkeçər rayon həkimlərinin ilk toplantısı və “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının sədri Nuru Bayramov açıb. O, XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsindən sonra Qərbi azərbaycanlıların zorla öz dədə-baba toraqlarından çıxarılmasından, onların yerinə Türkiyədən və İrandan gətirilən ermənilərin yerləşdirilməsindən danışıb. Qeyd edib ki, həmin illərdən başlayaraq bu coğrafiyada ermənilər tərəfindən tarixi abidələrin dağıdılması, toponimlərin adlarının dəyişdirilməsi, türk izini silmək və milli münaqişəni davam etdirmək üçün tarixin saxtalaşdırlması kimi proseslər ardıcıl və sistematik xarakter alıb.

Akademikin sözlərinə görə, nəticədə Qərbi Azərbaycan adlandırdığımız tarixi Azərbaycan ərazisində Ermənistan adlı süni dövlət yaradılıb: “Bu “proqram” sovet dövründə də davam edib. Ötən əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907, 1918-1920, 1948-1953, 1987-1991-ci illərdə deportasiya ediliblər. Sonuncu deportasiya zamanı Ermənistanda yaşayan 300 mindən çox azərbaycanlı əhalinin hamısı öz dədə-baba torpaqlarından zorla çıxarılıb. Təəssüflər olsun ki, son illərə qədər bu hadisələr və səbəbləri həm dünya ictimaiyyətindən, həm də yerli xalqlardan gizlədilib və ya təhrif olunub. 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərdən sora Cənubi Qafqazda sülhə, sabitliyə, əməkdaşlığa və münaqişənin təkrarlanmaması üçün tarixi həqiqətlərin ortaya çıxarılmasına şərait yaranıb. Özəlliklə, 2022-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanması həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa və azərbaycanlıların öz dədə-baba yurdlarına sivil yolla qayıtmalarna böyük ümidlər yaradıb”.

Akademik N.Bayramov vurğulayıb ki, bu çərçivədə Qərbi Azərbaycan kökənli insanların fəaliyyəti və uğurları barədə məlumatları toplamaq, dünya ictimaiyyətinə çatdırmaq qarşıya qoyulan əsas məqsədlərdən biri olub: “2024-cü ildə biz Basarkeçər rayonundan olan alimlər barədə məlumatlar topladıq və təqdim etdik. Bu il isə həkimlərimiz barədə məlumatları təqdim edirik. Qərbi Azərbaycanın Göyçə mahalı, ümumən Göyçə gölü ətrafında yerləşən kəndlər, rayonlar tarixən türklərin yaşadığı ərazilərdir. Basarkeçər, Çəmbərək, Qaranlıq və Kəvər rayonlarından ibarət olan Göyçə mahalı tarix boyunca elmə, sənətə və yaradıcılığa böyük maraq göstərib. Göyçədə təbabət barədə məlumatlar qədimlərə gedib çıxır. Sovet dövrünə qədərki vaxtlarda loğmanlar və mamalar ön planda olub. Sovet dövrünün ilk illərində feldşerlər yetişməyə başlanıb və onlar əhalinin sağlamlıq problemlərini həll edən əsas qüvvə olublar. 1930-1950-ci illərdə orta təhsilin Göyçədə yayılması İkinci Dünya müharibəsindən sonra soydaşlarımıza ali tibb təhsili almağa imkan verib. Artıq 1957-ci ildən başlayaraq ildə 1-3 nəfər, 1970-1980-ci illərdə 5-10, bundan sonrakı dövrlərdə isə stabil olaraq ildə 10-18 nəfər Basarkeçər kökənli həkim məzun olmağa başlayıb”.

N.Bayramov deyib ki, Basarkeçər rayonunun İcma sədrlərinin səyi ilə Basarkeçər rayonu kökənli 800-ə yaxın həkim haqqında məlumat toplanıb və onlardan 691-i barədə “Basarkeçər həkimləri” kitabında ətraflı qeyd olunub: “Həkimlər barəsindəki məlumatların təhlilindən bir neçə maraqlı nəticələr hasil olub. Həkimlərin əksəriyyəti baza tibb təhsilini ATU-da, Rusiya (67) və Türkiyədə (37) alıblar. Həkimlərdən 89 nəfəri alimdir (12,8%) və bunlardan biri akademik, biri müxbir üzv, 20 nəfəri elmlər doktoru və professor, 67 nəfəri tibb üzrə fəlsəfə doktoru və dosentdir. Həkimlərimiz arasında bir şəhidimiz var. Nərimanlı kökənli Yusibov Ehtiraf Hidayət oğlu 1991-ci ildə ATU-nu birtirib və 1993-cü ildə I Qarabağ müharibəsində şəhid olub. Həkimlərimizin təxminən 2/5-ni qadınlar təşkil edir və son illərdə qadın həkimlərin sayı artır. İlklərə qısa nəzər salsaq, görürük ki, ilk ali təhsilli həkim İspixan Qəhrəmanov (1957), ilk qadın həkim Yasəmən Şamil qızı Cahangirova (1976), ilk elmi dərəcə alan Məmməd Cahangirov (1964, 1969), ilk əczaçı Arif Hüseyn oğlu Məhərrəmov (1958) və ilk akademik Əhliman Əmiraslanov (1999) olub”.

Akademik N.Bayramöv söyləyib ki, Basarkeçər kökənli həkimlər tibbin bütün sahələri üzrə ixtisaslaşıblar. Onlar arasında stomatoloq, pediatr, terapevt, əczaçı, kardioloq və cərrahlar üstünlük təşkil edirlər: “Hazırda 100-dən çox basarkeçər kökənli tələbə tibb ixtisası üzrə təhsil alır. Həkimlərimizin əksəriyyəti Azərbaycan tibb müəssisələrində çalışır (86%), müəyyən qismi Almaniya, Türkiyə və Rusiyada işləyirlər. Həkimlərin yarısından çoxu (53%) Göyçədə, digər qismi valideynlərinin yaşadığı bölgələrdə (Azərbaycan Respublikası, Rusiya, Türkiyə və s.) anadan olublar. Kəndlərdən çıxan həkim sayına baxdıqda ilk yerdə Nərimanlı kəndi gəlir (151), bunu Zərkənd, Şişqaya və Sarıyaqub izləyir. Həkimlərimizdən 31 nəfəri vəfat edib, Allah onlara rəhmət eləsin”.
Akademik N.Bayramov sonda əminliklə qeyd edib ki, keçirilən tədbir və nəşr olunan “Basarkeçər həkimləri” kitabı Qərbi Azərbaycan, Göyçə və Basarkeçər haqqında bilikləri yeniləməyə, tarixi həqiqətləri anlamağa və doğma torpaqlarımıza sivil yolla qayıtmağımıza az da olsa kömək edəcəkdir.
Toplantıda akademiklər Əhliman Əmiraslanov, Misir Mərdanov, professor Vaqif Şadlinski, millət vəkilləri Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, həkimlərdən Şirazi İbrahimov, Aynur Məmmədova, Sərvər Nadirov da çıxış edərək fikirlərini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi, Sosial
/
03.02.2026
22:46
Siyasi, Sosial
/
03.02.2026
14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil
/
02.02.2026
10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm
/
02.02.2026
00:02
Hərbi
/
31.01.2026
23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial
/
30.01.2026
23:12
Siyasi, Sosial
/
30.01.2026
14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi
/
29.01.2026
22:56
Siyasi
/
29.01.2026
14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi
/
28.01.2026
23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni
/
28.01.2026
14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial
/
27.01.2026
22:55
Siyasi, Sosial
/
27.01.2026
14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni
/
27.01.2026
11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat
/
25.01.2026
12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi
/
24.01.2026
23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial
/
23.01.2026
23:26
Siyasi, Sosial
/
23.01.2026
14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi
/
22.01.2026
22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi
/
22.01.2026
14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni
/
22.01.2026
10:50
Elm və təhsil
/
21.01.2026
23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil
/
21.01.2026
14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat
/
21.01.2026
12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial
/
20.01.2026
23:32
Sosial
/
20.01.2026
14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO














