Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Oktyabrın 3-4-də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 2-ci turun oyunları keçirilib.
Rakus.az xəbər verir ki, C və D qrupları üzrə 8 komanda görüşüb. Şənbə günü Xəzər TV BakuWS-i 6:1 məğlub edib.
Bakı Tennis Akademiyası
3 Oktyabr –II tur
C qrupu
17:00 Xəzər TV- BakuWS – 6:1
Qollar: Əli Kərimov 2, Vüqar Şəfiyev 1, Nadir Balayev 1, Nicat Novruzov 1, Islam Mebrəliyev 1 (Xəzər TV)
Taleh Sultanov 1 (Bamu WS)
SARI KART: Fuad Mustafayev, Elmir Məmmədov, Cavid Bəşirov (Xəzər TV)



xxx
Oktyabrın 4-də isə C qrupu üzrə saat 16:00-da başlayan oyunda Zəfər 44-Ardanışı qaşılaşması 3:3 başa çatıb.
Bakı Tennis Akademiyası
4 Oktyabr – II tur
C qrupu
16:00 Zəfər 44-Ardanış – 3:3
Qollar: Babək Əliyev 3 (Zəfər 44)
İlqar Xələfov 2, Sənan Ocaqverdiyev 1 (Ardanış)
Xal vəziyyəti: Xəzər TV 3 xal, Zəfər 44- 1 xal, Ardanış 1 xal, BakuWS 0 xal.


xxx
Günün 2-ci qarşılaşmasında D qrupu üzrə CBC Sport AnewZ-u qəbul edib və 5:0 hesabı ilə məğlub olub.
4 Oktyabr – II tur
D qrupu
17:00 CBC Sport AnewZ – 5:0
Qollar: Kərəm Əli Heybətov 3, Amil Cəfərov 1, Məhəmməd Tağıyev 1 (CBC Sport)


xxx
Günün sonuncu qarşılaşması Gəncəvi Media ilə VƏTƏN arasında olub və VƏTƏN rəqibindən 4:1 hesabı ilə üstün olub.
4 Oktyabr – II tur
D qrupu
18:00 Gəncəvi Media ilə VƏTƏN – 4:1
Qollar: Emin Imaməliyev 1, Azər Hüseynov 1, Kamran Əhmədli 1, Emin Ələsgərov 1 (Vətən)
Ziyafət Əlisoy 1 (Gəncəvi Media)
SARI KART: Emil Bayramov (Vətən)


Xal vəziyyəti: CBC Sport 3 xal, Vətən 3 xal, Gəncəvi Media 0 xal, AnewZ 0 xal
Oyunları AFFA-nın hakimləri Elgün Hüseynov və Hacıəli Ağayev idarə ediblər. Gəncəvi Media o xal.
Üçüncü turun oyunları oktyabrın 10-11-də A və B qrupları üzrə baş tutacaq.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.
Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.
OYUNLARIN CƏDVƏLİ
26 Sentyabr, Şənbə
I TUR
17:00 — AzTV – AZƏRTAC – 4:2
18:00 — Veteranlar – Əmirxeyir – 4:2
27 Sentyabr, Bazar
17:00 — ATV – APA – 10:4
18:00 — MEDİA – Qaraqoyunlu – 2:7

3 Oktyabr, Şənbə
II TUR
17:00 — Xəzər TV – Baku Ws – 6:1
4 Oktyabr, Bazar
16:00 — Zəfər-44 – Ardanış – 3:3
17:00 — CBC Sport – AnewZ – 5:0
18:00 — Gəncəvi Media – VƏTƏN 1:4

10 Oktyabr, Şənbə
III TUR
17:00 — AzTV – Veteranlar
18:00 — AZƏRTAC – Əmirxeyir
11 Oktyabr, Bazar
17:00 — ATV – MEDİA
18:00 — APA – Qaraqoyunlu
17 Oktyabr, Şənbə
IV TUR
17:00 — Xəzər TV – Zəfər-44
18:00 — BakuWS – Ardanış
18 Oktyabr, Bazar
17:00 — CBC Sport – Gəncəvi Media
18:00 — AnewZ – VƏTƏN
24 Oktyabr, Şənbə
V TUR
17:00 — AzTV – Əmirxeyir
18:00 — AZƏRTAC – Veteranlar
25 Oktyabr, Bazar
17:00 — ATV – Qaraqoyunlu
18:00 — APA – MEDİA
31 Oktyabr, Şənbə
VI TUR
17:00 — Xəzər TV – Ardanış
18:00 — BakuWS – Zəfər-44
1 Noyabr, Bazar
17:00 — CBC Sport – VƏTƏN
18:00 — AnewZ – Gəncəvi Media
7 noyabr – 1/4
A1-B2 – 17:00
C1-D2 – 18:00
8 noyabr – 1/4
17:00 B1-A2
18:00 D1-C2
14 noyabr – YARIMFİNAL
17:00 A1/B2 – C1/D2
18:00 B1/A2 – D1/C2
15 noyabr – 3-cü yer
FİNAL – MÜKAFATLANDIRMA
17:00/18:00

















