Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 1/4 oyunları həftə sonu keçiriləcək.
Rakus.az xəbər verir ki, noyabrın 7-8-də dörd qrup üzrə mübarizədə növbəti mərhələyə vəsiqə qazanmış 8 komanda arasında 4 qarşılaşma baş tutacaq. İlk görüş şənbə günü saat 17:00-da başlayacaq. Sahəyə A qrupunu lider tamamlayan Veteranlar ilə B qrupunun ikincisi ATV çıxacaq.
Komandaların heyətləri:
Veteranlar – (forma- qara) – Abbas Rəhimov, Natiq Vəliyev, Şükür Məmmədalıyev, Şükür Verdiyev, Araz Qurbanov, Toğrul Süleymanov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Elçin Mustafayev, Rəşad Məmmədalıyev, Aqil Qurbanov, Murad Vəliyev, Müsayir Məmmədov, Asiman Məhəmmədəli, Zaur Hüseynov. Məşqçi İsrafil İsmayılov.
ATV – (forma-göy) – Emin Abbaslı, Hüseyn Abasov, Azər Nağıyev, Famil Hüseynov, Rauf Hüseynov, Tamerlan İmanov, Rüstəm Rüstəmov, Niyazi Səlimbəyli, Alim Kərimov, Hüseyn İsgəndərov, Ülvi Yafəzli, Orxan Əliyev, Umar İsayev. Məşqçi Nicat Abbasov.


Saat 18:00-da isə C qrupunun birincisi olan Ardanış D qrupunun ikincisi Vətəni sınağa çəkəcək.
Komandaların heyətləri:
Ardanış – (forma-yaşıl) – Əsgər İbrahimov, İsmayıl Əliyev, İlqar Xələfov, Emin Qasımov, Hidayət Xudiyev, Ramiz Vəlizadə, Sənan Ocaqverdiyev, Rauf Həsənli, Elşən Nəsibov, Rafiq Həsənov, Asif Abdullayev, Ramazan Ağayev, Orxan Qasımov, Fuad Məlikov, Musa Əzizli, Səməd Yolçuyev.
VƏTƏN – (forma-yaşıl-qara) – Azər Hüseynov, Elvin İsmayılov, Qasım Məmmədov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emil Bayramov, Emin İmaməliyev, Ramin Musayev, Elvin Cəfərov, Elçin İsmayılov, Ramin Musayev, Kamran Əhmədli, Rasim Həsənov.
7 Noyabr
Bakı Tennis Akademiyası
1/4 final
A1-B2 saat 17:00 – Veteranlar – ATV
C1 – D2 18:00 – Ardanış – Vətən


xxx
Noyabrın 8-də saat 17:00-da yaşıl sahəyə B qrupunda məğlub olmayan Qaraqoyunlu və A qrupunda maraqlı oyun nümayiş etirərək ikinci olan Əmirxeyir çıxacaq.
Komandaların heyətləri:
Qaraqoyunlu – (forma- sarı) – Ramil Səfərov, Fuad Abdullayev, Tural Səfərov, Taleh Pirverdiyev, Təhmasib İsmayılov, Orxan Əsgərov, Əvəz Abdullayev, Firuz Zeynalov, Oktay Süleymanov, Harun Pirməmmədov, Bəşir Allahverdiyev, Şəhriyar Hacıyev, Niyaz Abdullayev, Əli Mamoyev, Baş məşqçi Pirməmməd Xəlilov, məşqçi köməkçisi Nürəddin Mustafayev.
Əmirxeyir – (forma – qırmızı) – Rauf Məhəmmədov, Elnur Ağamalıyev, Tural Nağıyev, Samir İbrahimov, Emil Qurban zadə, Ümman Ağamalıyev, İlkin Kərimli, Elvin Mustafayev, Ramazan Abbasov, Bəxtiyar Hacıyev. Komandanın rəhbəri: Murad Abdullayev. Məşqçi köməkçisi Fariz Ağamalıyev.


xxx
Bazar gününün son oyunu saat 18:00-da D qrupunun lideri AnewZ ilə C qrupunun ikincisi Xəzər TV arasında olacaq.
Komandaların heyətləri:
AnewZ (Anyuz) – (forma – mavi-qırmızı) – Elburus Musayev, Natiq Məmmədov, Togrul Abduləzizov, Əfqan Poladlı, Nurani İsgəndərov, Cavid Əliyev, Əvəz Hacıyev, Elmin Qurbanov, Yusif Məmmədov, İlkin Mehdiyev, Bəhruz Qədirov, Hacı Hacıyev, Coşqun Behbudov, Fərhad Hacıyev, Elşad Hüseynov.
Xəzər TV Media – (ağ-bənövşəyi) – Vüqar Şəfiyev, Əliqan Mustafayev, Turqan Əliyev, Cavid Bəşorov, Əkbər Əfəndiyev, Ehtiram İbrahimov, Fuad Mustafayev, Raul Muşarapov, İslam Mehrəliyev, Səid Nəsirov, Nicat Orucov, Tural Həsənov, Elmir Məmmədov, Nadir Babayev, Əli Kərimov.
8 Noyabr
Bakı Tennis Akademiyası
1/4 final
B1 – A2 17:00 – Qaraqoyunlu – Əmirxeyir
D1-C2 saat 18:00 – AnewZ – Xəzər TV
Oyunları AFFA tərəfindən təyinat almış hakimlər idarə edəcəklər.




Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.
Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.
OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə
I TUR
17:00 — AzTV – AZƏRTAC – 4:2
18:00 — Veteranlar – Əmirxeyir – 4:2
27 Sentyabr, Bazar
17:00 — ATV – APA – 10:4
18:00 — MEDİA – Qaraqoyunlu – 2:7
xxx

3 Oktyabr, Şənbə
II TUR
17:00 — Xəzər TV – Baku Ws – 6:1
4 Oktyabr, Bazar
16:00 — Zəfər-44 – Ardanış – 3:3
17:00 — CBC Sport – AnewZ – 5:0
18:00 — Gəncəvi Media – VƏTƏN 1:4
xxx

10 Oktyabr, Şənbə
III TUR
17:00 — AzTV-Veteranlar – 4:5
18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10
11 Oktyabr, Bazar
17:00 — ATV- MEDİA – 5:1
18:00 — APA-Qaraqoyunlu – 4:5
xxx

17 Oktyabr, Şənbə
IV TUR
17:00 — Xəzər TV – Zəfər-44 – 7:1
18:00 — BakuWS – Ardanış -3:5
18 Oktyabr, Bazar
17:00 — CBC Sport – Gəncəvi Media – 2:7
18:00 — AnewZ – VƏTƏN – 5:3
xxx

24 Oktyabr, Şənbə
V TUR
17:00 — AzTV – Əmirxeyir – 4:5
18:00 — AZƏRTAC – Veteranlar – 5:13
25 Oktyabr, Bazar
17:00 — ATV – Qaraqoyunlu – 1:3
18:00 — APA – MEDİA – 6:2
xxx

31 Oktyabr, Şənbə
VI TUR
17:00 — Xəzər TV – Ardanış – 4:7
18:00 — BakuWS – Zəfər 44 – 2:10
1 Noyabr, Bazar
17:00 — CBC Sport – VƏTƏN – 3:7
18:00 — AnewZ – Gəncəvi Media -8:2
xxx

7 noyabr – 1/4
A1-B2 – 17:00 – Veteranlar – ATV
C1-D2 – 18:00 – Ardanış – Vətən
8 noyabr – 1/4
17:00 B1-A2 – Qaraqoyunlu – Əmirxeyir
18:00 D1-C2 AnewZ – Xəzər TV
14 noyabr – YARIMFİNAL
17:00 A1/B2 – C1/D2
18:00 B1/A2 – D1/C2
15 noyabr – 3-cü yer
FİNAL – MÜKAFATLANDIRMA
17:00/18:00

















