Maraqlı 11.11.2026 16:16

Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, növbəti material Loru mahalının, Vorontsovka (Kalinino) rayonunun Molla Eyyublu, hazırkı Dzoravank kəndi haqqındadır.

Bildirilir ki, kənd 1995-ci ildən Ermənistanın Lori vilayətinin tərkibindədir.

Çar Rusiyası dövründə kənd Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olub.

Adları: çar dövründə – Molla Eyubli, Molla Eyublı, Molla Eyublo, Novruz xaraba, sovet dövründə – Molla Eyublu, Evlu

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

Onlarla məzar daşı, XIX əsrə aid yazılar və unudulmayan tarix: Molla Eyyublunun silinən keçmişi - Foto/Video

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 58 nəfər yaşayıb.

XIX əsrin sonlarında sənaye və ticarətin inkişafı, xüsusilə ümumqafqaz bazar şəbəkəsinin yaradılması Cənubi Qafqazın bəzi yaşayış məntəqələrini yaşayış və qazanc üçün daha cəlbedici edib. 1896-cı ildə başlanmış Tiflis-Aleksandropol dəmiryolu xəttinin tikintisi bölgəyə xeyli sayda fəhlə cəlb etmişdi və bu da 1897-ci ilə Molla Eyyublu kəndi əhalisinin artmasına səbəb ola bilərdi.

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 241 nəfər yaşayıb.

Onlarla məzar daşı, XIX əsrə aid yazılar və unudulmayan tarix: Molla Eyyublunun silinən keçmişi - Foto/Video

1912-ci ilə olan Qafqaz təqvimi:

1911-ci ildə kənddə 236 nəfər, əsasən azərbaycanlıların əcdadları yaşayıblar.

1915-ci ilə olan Qafqaz təqvimi:

1914-cü ildə kənddə 127 nəfər, əsasən azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə, o cümlədən Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıb. Buna görə 1918-ci ilin dekabrında erməni-gürcü müharibəsi alovlanıb.

1919-cu ilin yanvarında tərəflər arasında bağlanmış saziş nəticəsində Borçalı qəzası faktiki olaraq bölünüb: onun şimal hissəsi gürcü, cənub hissəsi erməni nəzarətində qalıb, onların arasında isə Lori neytral zonası yaradılıb. Molla Eyyublu kəndi əvvəlcə Britaniya nəzarəti altında olmuş bu zonanın hüdudlarına düşüb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1921-ci ilin iyulunda bolşevik partiyasının Qafqaz bürosu Lori neytral zonasının Sovet Ermənistanı tərkibinə salınması haqda qərar qəbul edib.

Sovet dövründə kənd Stepanavan, sonra isə Kalinin rayonlarının tərkiblərində olub. Kalinin rayonunun adı sonradan dəyişdirilərək Taşir qoyulub.

Erməni mənbələrinin məlumatlarına görə, kənd ərazisində 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda yalnız və ya, əsasən azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə 272 nəfər yaşayıb, onlardan 271-i azərbaycanlı olub.

1926-cı ildə kənddə 338 nəfər yaşayıb, onlardan 334-ü azərbaycanlı olub.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 382 nəfər yaşayıb.

Onlarla məzar daşı, XIX əsrə aid yazılar və unudulmayan tarix: Molla Eyyublunun silinən keçmişi - Foto/Video

Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 577 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 738 nəfər yaşayıb.

1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 851 nəfər yaşayıb.

1989-cu ildə kənddə 2 azərbaycanlı ailəsi yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkarlanıb. Onlardan bəzilərində ərəb dilində XIX əsrə aid yazılar var.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 21 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, Molla Eyyublu ilə bağlı 26 vizual material yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir  zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.

Bu layihənin videomaterialı noyabrın 11-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO
İdman / 03.11.2026 10:04
Altıncı tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Mətbuat / 02.11.2026 13:16
Telekanalların “YouTube” göstəriciləri: Baku TV birincidir - FOTO
Maraqlı, Sosial / 02.11.2026 11:45
Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Mədəni, Mətbuat / 02.11.2026 10:29
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Gündəm / 02.11.2026 08:01
Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO
İdman / 01.11.2026 20:22
Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Sosial / 31.10.2026 10:05
Qərbi Azərbaycan həqiqətləri: Unudulan kəndin hekayəsi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 30.10.2026 12:51
“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Hərbi / 29.10.2026 09:35
“İyulda qayıda bilərdi, amma…” - VİDEO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO