Kriminal 17.05.2019 13:25

Bakıda ölümlə nəticələnən davanın görüntüləri yayıldı   - VİDEO

Bakı İdarəetmə ve Texnologiya Kollecinin tələbələri arasında ölümlə nəticələnən dava ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Bakı İdarəetmə ve Texnologiya Kollecinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib. Hadisə ilə bağlı informasiya agentliklərinin yaydığı məlumatda isə bildirilir ki, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
Rakus.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar zamanı məlum olub ki, baş verən dava heç də Bakı İdarəetmə ve Texnologiya Kollecinin ərazisindən kənarda baş verməyib. Kollecdə təhsil alan tələbələrin dediyinə görə, dava məhz Bakı İdarəetmə ve Texnologiya Kollecinin bufetində başlayıb və kollecin həyətində də davam edib. Belə ki, bir qrup tələbə mübahisə zəminində kollecin bufetində Qalib Əsgərova hücum edərək, ona ağır bədən xəsarətləri yetirmişlər. Kollec səlahiyyətlilərinin hadisəyə müdaxiləsi nəticəsində dava edən tərəflər kollecin binasından çıxarılıb. Daha sonra isə dava kollec binasının kənarında davam edərək, ölümlə nəticələnib. Sosial şəbəkələrdə yayılan video-görüntülərdən də məlum olur ki, Qalib Əsgərov kollecdən çıxarkən, paltarı cırılmış vəziyyətdədir. Bu da davanın kollec binasının daxilində başlandığını deməyə əsas verir.
Qalib Əsgərovun ailə üzvlərinin verdiyi açıqlamada isə bildirilir ki, Qalib Əsgərov da heç zaman epilepsiya xəstəliyi olmayıb. Ailə üzvlərinin sözlərinə görə, dəfələrdə tibbi müayinələrdən keçirilən Qalib Əsgərovun səhhətində heç bir problem qeydə alınmayıb.
Qalib Əsgərovun yaxınları həmçinin iddia edirlər ki, məlum hadisə zamanı təkcə Cümşüd Balabəyov yox, başqa tələbələr də davanın iştirakçısı olub və Qalib Əsgərova ağır-bədən xəsarətləri yetiriblər.
Ailə üzvləri həmçinin Bakı İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyini istintaq prosesinin obyektiv aparılmasına mane olmaqda günahlandırır. (AzToday.az)

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO