Dünya 18.05.2019 07:28

İran körfəzindəki döyüş gəmiləri VURULA bilər

İranın elitar İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü cümə günü bildirib ki, İranın qısa-mənzilli raketləri “asanlıqla” İran körfəzindəki döyüş gəmilərini vura bilər.

Rakus.az xəbər verir ki, İnqilab Keşikçilərinin sədr müavini Məhəmməd Saleh Cokarın bu sözləri Birləşmiş Ştatlarla gərginliyin artdığı vaxta təsadüf edib.

ABŞ əlavə gəmi yollayaraq regiondakı hərbi mövcudluğunu artırıb və İslam Respublikasından mümkün təhlükələrin qarşısını almaq üçün İrana qarşı sanksiyaları gücləndirib. İran körfəzi dünyanın ən strateji su yollarından biridir. Dünyanın neft təchizatının üçdə biri oradan nəql olunur.

M.S.Cokar xəbərdarlıq edib ki, ABŞ “yeni müharibənin öhdəsindən gələ bilməz” və münaqişə qlobal neft təchizatına mənfi təsir göstərər: “Əgər müharibə baş versə, dünya əziyyət çəkəcək”.

Onun sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın dünya qüdrətləri ilə əldə etdiyi razılığı qorumaq üçün diplomatik səylər apardığı vaxta təsadüf edib. Zərif cümə günü Çinə səfəri zamanı dünya liderlərini tənqid edərək, razılığı qoruyub saxlamaq üçün “dəstək bəyanatlarının” kifayət olmadığını söyləyib.

Yaxın Şərqə üz tutan USS Abraham Lincoln (CVN 72) aviadaşıyıcısı Cəbəllütariq boğazını keçir.
Yaxın Şərqə üz tutan USS Abraham Lincoln (CVN 72) aviadaşıyıcısı Cəbəllütariq boğazını keçir.

M.Zərif İranın rəsmi xəbər agentliyi IRNA-ya bildirib ki, əgər beynəlxalq ictimaiyyət bu razılığın dəyərli bir uğru olduğunu düşünürsə, İran kimi praktiki addımlar atmalıdır: “Praktiki addımların hansı məna kəsb etdiyi tam açıqdır: İranın iqtisadi münasibətləri normallaşdırılmalıdır.”

ABŞ 2015-ci ildə əldə olunan nüvə razılığından ötən il geri çəkilərək İran qitisadiyyatın zəifləməsinə gətirib çıxaran sərt sanksiyalar tətbiq edib. Buna İranın neft ixraclarını azaltmaq məqsədi daşıyan addım daxildir. Razılığı imzalayan digər beş üzv, Avropa İttifaqı, Britaniya, Çin, Fransa və Rusiya o zamandan bəri sazişi qoruyub saxlamağa çalışır.

İran ötən həftə xəbərdarlıq edib ki, əgər iyulun 7-dək yeni nüvə razılığı əldə olunmasa onlar uranı daha yüksək səviyyədə zənginləşdirməyə başlayacaq.

ABŞ Prezidenti Donald Tramp ictimai şəkildə diplomatik həll yolu tapmaq istədiyini deyib, lakin İran rəsmiləri ona inanmır.

İranın yarı-rəsmi Mehr xəbər agentliyinin verdiyi məlumata görə, iranlı general Rəsuı Sənaeirad deyib ki, danışıqlar aparan zaman sanksiya tətbiq etmək birinə silah çəkib, ondan dostluq tələb etməyə bənzəyir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO