Sosial 18.05.2019 15:01

Bakı Nəqliyyat Agentliyi niyə yaradılıb – DEPUTAT

 

Bakı Nəqliyyat Agentliyinin fəaliyyətsizliyi barədə bir neçə dəfə yazmışıq. Konkret faktları video və foto görüntülərlə də təqdim etmişik. Hətta tənqidi yazılarımızı müzakirə edib, redaksiyamıza rəsmi cavab da veriblər. Yazıblar ki, qaydaları pozan sürücülərlə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, onlara tövsiyələr verilir. Qaydanı pozanlar isə ciddi şəkildə cəzalandırılır. Bu agentlik rəsmisinin imzaladığı məktubda qeyd olunan söz yığnıdır. Çünki üstündən aylar keçməsinə baxmayaraq qeyd olunan tənqidi faktlar aradan qaldırılmayıb. Bu səbəbdən də paytaxt istiqamətində  Zabrat qəsəbəsində tikilən yerüstü piyada keçidinin altında yaranan tıxac (Avtobus sürücülərinin qayda pozuntuları nəticəsində) Məştağa və Kürdəxanı qəsəbələrinə, o cümlədən paytaxtdan çıxışda isə Bakı Olimpiya Stadionunun yanından keçidə qədər olur. Buna cavabdeh olan BNA isə hələ də susur. Qəzalar, insanların təhlükəsizliyi, gecikmələr, tıxaclar… davam edir.

Tənqidi yazılarımız paytaxt sakinləri tərəfindən də geniş müzakirə olundu və redaksiyamıza xeyli təklif və fikirlərini bildirdilər ( Yazılarla qeyd olunan linqlər vasitəsi ilə tanış ola bilərsiniz).

Bakı küçələrində fəaliyyət göstərən pullu avtomobil dayanacaqlarının taleyi də hələ açıq qalır. BNA-nın rəhbərliyi bildirib ki, belə dayacaqlardan pul yığmaq səlahiyyəti yalnız agentliyə məxsusdur. Hazırda yığılan pulların taleyi isə bilinmir. Bəs onda agentlik indiyə qədər niyə susur ?!

Növbəti mövzuya isə Milli Məclisin fəal deputatlarından olan Fazil Mustafa toxunub. Deputatın fikrini olduğu kimi dərc edirik:

“Artıq Bakıda piyada keçidlərində rəngli pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir. Əvvəllər bu funksiyanı Dövlət Yol Polisinin yerinə yetirirdi, insafən nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan o gün-bu gündür, nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, bəs rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə Azəryolun xüsusi servis qurumu baxır.

Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu, Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. Nəqliyyatın intellektual idarəetməsi buna deyərlər e… O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən. Hiyləgərliyin yolunu da tapıblar, yüksək çinli dövlət məmurlarının daimi hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər, keçidlərdə ağ boya gözəl qadının üzündəki pudra kimi bərq vurur, mərkəzi yoldan uzaq yerləri isə yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər. Əslində ağ boyanın keyfiyyəti də ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hanısa zibili qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə bir neçə həftədən sonra rənglənən yer asfaltın rəngindən seçilmir.

Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər. Mən hər məsələyə baxışda yalnız gileyçi kimi çıxış etmirəm, həm də konkret təkliflər də irəli sürürəm. Aydındır ki, bizdə yol mədəniyyəti də çox-çox aşağı səviyyədədir, avtomobil sürücülərinin də mütləq əksəriyyəti keçid yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmırlar, o halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir, nə fərqi var, rəng eynidir, yerdə olmasın göydə olsun- bu bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər.

Burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaqdır”.

PS: Qarşı tərəfin fikri olarsa, dərc etməyə hazırıq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO