Dünya 21.05.2019 07:25

Trampa hədə əvəzinə hörmət göstərin – XİN BAŞÇISI

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampa hədə gəlmək əvəzinə “hörmət göstərməyə çalışmağı” tövsiyə edib.

Rakus.az xəbər verir ki, Zərif bu açıqlamanı Trampın bazar günü “Twitter” sosial şəbəkəsində yazdığı mesajına cavab olaraq verib.

“Əgər İran döyüşmək istəyirsə, bu, İranın rəsmən sonu olacaq. Bir də Birləşmiş Ştatlara hədə gəlməyin!”, – Tramp “Twitter” səhifəsində yazıb.

Donald J. Trump

İran Xarici İşlər naziri deyib ki, Tramp milli təhlükəsizlik müşaviri Con Bolton və İsrailin baş naziri Benyamin Netanyahu da daxil olmaqla, qrupun təzyiqləri altında “digər aqressorların edə bilmədiyinə” nail olmağa çalışır.

“İranlılar minilliklər boyu aqressorlar getdiyi halda ayaqda dura biliblər. İqtisadi terrorizm və soyqırım təzyiqləri İrana son qoymayacaq”, – Zərif bildirib.

Tramp keçən həftə İranla bağlı daha kəskin mövqeyindən geri çəkilərək, danışıqlara açıq olduğunu deyib.

Ağ evdə müxbirlərlə söhbətində Birləşmiş Ştatların İrana qarşı müharibəyə başlayıb-başlamayacağı haqda sualın cavabında “mən ümid edirəm, yox” deyib.

Lakin buna baxmayaraq, Birləşmiş Ştatlar və İran arasında gərginliklərin azalmasına heç bir işarə yoxdur.

ABŞ və İran arasında gərginliklər keçən il Trampın Birləşmiş Ştatların Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra daha da artıb.

Tehran və dünyanın altı qüdrətli dövləti arasında imzalanmış müqaviləyə əsasən, İran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırmalı idi.

Bu məhdudiyyətlər İranın nüvə silahları inkişaf etdirməməsi məqsədilə tətbiq edilmişdi. İran nüvə silahları inkişaf etdirdiyini rədd edirdi.

Tramp keçən həftə Fox tele kanalına müsahibəsində deyib ki, İrana gəldikdə o, müharibə etmək istəmir, lakin “onların nüvə silahları əldə etməsinə imkan vermək olmaz”.

Birləşmiş Ştatların nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı ABŞ sanksiyalarının yenidən bərpa edilməsi İran iqtisadiyyatına ciddi zərbə endirib. İran hələ də müqavilənin tərəfləri olan Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın vəd etdiyi iqtisadi faydaları görmədiyindən şikayət edir.

İran prezidenti Həsən Ruhani iki həftə bundan əvvəl iyul ayına qədər iqtisadi faydaları görmədiyi halda nüvə sazişindən qismən çıxacağını və uran zənginləşdirilməsi proqramının bəzi hissələrinin yenidən bərpa ediləcəyini bildirib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO