YENİLƏNDİ: Üzeyiri Moskvada döydülər
Müğənni Üzeyir Mehdizadə Moskvada həmkarı Rəqsanə İsmayılovanın restoranında döyülməsi xəbərinə reaksiya verib.
Rakus.az xəbər verir ki, o, yayılan informasiya haqqında İnstaqramda yazıb: “Əziz izləyicilər, dostlar, bizə görə narahat olan adamlar, gördüyünüz kimi hər şey qaydasındadır. Şükür Allaha. Qısa məlumat verim. Sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. O da yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içərisində iki qardaş arasında da söz söhbət olur. Bizim ən böyük düşmənimiz ermənilərdir. Kənardan elə başa düşülə bilər ki, iraq olsun bizim ən çox yaşadıqlarımız söz-söhbətdir. Şairlə nə dava dalaş?”
Xatırladaq ki, ifaçı məlumatı təkzib etməyə çalışsa da, onun konsertdən heç bir görüntü paylaşmaması diqqət çəkib. Onu da bildirək ki, Üzeyir və köməkçisi Novruz konsertindən sonra Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılarla insident yaşayıb.
10:30
Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.
Rakus.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, konsertdən sonra ifaçı və köməkçisi döyülüb.
Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.
Xatırladaq ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb. Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib.