Petr Çex mövsümün sonunda sabiq klubu “Çelsi”yə qayıdacaq.
Rakus.az xəbər verir ki, bu barədə iddia ilə İngiltərə mətbuatı çıxış edib.
Bildirilib ki, Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı “zadəganlar”ın idman direktoru olacaq.
Xatırladaq ki, 2004-cü ildə “Renn”dən “Çelsi”yə keçən Çex London klubu ilə 11 mövsümdə 4 İngiltərə çempionluğu, 1 Çempionlar Liqası olmaqla ümumilikdə 11 kubok qazanıb.