Elm və təhsil 23.05.2019 20:37

Bir ildən sonra… – Tələbə yazır 

Çoxdandır, ötən tədris ilinin iki semestri ərzində bizə radio və televiziya jurnalistikası fənnlərin seminarlarını keçən Güney xanımın dərsində iştirak etmək istəyirdim. Nəhayət, bu günlərdə belə bir fürsət əlimə düşdü. Səhər növbəsi olsam da, ikinci növbənin üçüncü dərsinə, yəni saat 6-ya işləmişə kimi gözlədim. Və müəllimimizin indiki ikinci kurslara tədris etdiyi “Jurnalistin nitq mədəniyyəti” fənninin qonağı oldum.
  Əslində çox istəyirdim ki, Güney xanım radio-televiziya jurnalistikası haqqında bildiklərini bölüşsün, onların ifadə vasitələrindən, ssenarinin yazılmasından, səs-görüntü kontrapuktundan danışsın. Nəticədə bir il əvvələ qayıdım, nostalji anlar yaşayım. Axı bizə dərs keçdiyi müddət ərzində, həqiqətən, çox şey öyrənmişik ondan. Bir neçə maraqlı süjet hazırlayıb, nəzəriyyə ilə yanaşı, həm də təcrübi biliklərə yiyələnmişik.
 Dərs başladı. Müəllimə özü ilə birlikdə kitablar gətirib ki, tələbələrin nitq qabiliyyətini yoxlasın, səhvlərini desin. Hər tələbə növbə ilə oxuyur. Güney xanım isə diqqətlə qulaq asır, nitqləri qiymətləndirir. Bir anlıq ürəyimdən keçdi ki, kaş, kitabı mənə də verərdi, mən də oxuyardım. Nə olsun ki, üçüncü kursam, dərsdə qonağam, axı Güney müəllimənin tələbəsiyəm və həmişə tələbəsi olaraq qalacam. Elə bunları düşünürdüm ki, o, çənə aparatından danışmağa başladı və mənə baxaraq “Kənan, sənə də aiddir ha, nitq qabiliyyətin, söz ehtiyatın yaxşıdır, ancaq çənə aparatını inkişaf etdir…” dedi. O qədər xoş gəldi ki…Çünki mənə qonaq kimi davranmadı, tələbələrindən fərqləndirmədi.
  Qəfil xatırlayıram ki, keçən il bu günlərdə, elə bu saatlarda auditoriyada olarkən kollektiv şəkil çəkmişdik və mən müəllimimiz haqqında, son dərsimiz barədə bir neçə abzaslıq yazı yazmışdım. Həmin dərsdə Güney xanım həm də bizim hər birimizi səciyyələndirib, xarakterimiz haqqında danışmışdı. Bu hadisə yadıma düşəndə müəlliməyə təklif edirəm ki, indiki tələbələri haqqında da danışsın. Sözümü yerə salmır. Onların hər birini çox yaxşı tanıdığını hiss edirəm.
   Yəqin ki, sonuncu dərsdir. Ona görə də zəngin vurulmağına bir neçə dəqiqə qalmış, kollektiv şəkil çəkirik və yavaş-yavas auditoriyanı tərk edir, yarımqaranliq, səssiz dəhlizə çıxırıq. Tələbələrdən biri-Günel Abbasova mənə yaxınlaşaraq soruşur ki, Kənan, bu qədər gözlədin ki, dərsimizdə iştirak edesən, təəssüratın necə oldu? Təbəssümlə cavab verirəm: “özümü evinə qayıtmış övlad kimi hiss etdim.” Bunu dedikdən sonra iti addımlarla pilləkana sarı yeriyirəm. Bir il əvvəl bu gün olduğu kimi…
P.S: Bir ildən sonra yenidən əziz müəlliməmizin dərsində iştirak etmək, onunla xatirə şəkli çəkmək çox xoş idi.
Kənan Novruzov

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO