Birgə çalışmağın vaxtı çatıb – Modi
Hindistanın Baş naziri Narendra Modi pakistanlı həmkarı İmran Xanı 23 Mart Pakistan Günü münasibətilə təbrik edib.
Rakus.az xəbər verir ki, İ.Xan ona göndərilən təbrik mesajını Tvitterdə paylaşıb:
“Pakistanın Milli Günündə Pakistan xalqına salamlar, ən xoş arzularla… Aşağı qitələrin xalqları üçün demokratik, dinc, mütərəqqi və çiçəklənən bir ərazidə terrorizm və şiddətdən təmizlənmiş yerdə birgə çalışmağın vaxtı çatıb”.
İ.Xan da öz növbəsində təbrikə görə təşəkkür edib və Hindistanla Kəşmir və digər problemlərin həlli üçün dialoqa başlamağın əsl vaxtı olduğunu bildirib.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinə qarşı törədilən teraktdan sonra kəskinləşib. Bu teraktın ardınca Hindistan Pakistandakı təlim düşərgəsinə zərbə endirib. Pakistan isə sərhədini pozan 2 Hindistan qırıcısını məhv edib. (axar.az)