Dünya 25.05.2019 00:47

Tramp-Nensi gərginliyi artır: qalib kim olacaq – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının sədri Nensi Pelosi arasında Trampın keçmiş və indiki əməllərinə görə impiçment olub-olmaması ilə bağlı müzakirələr səbəbilə qarşıdurma yaşanır.

Rakus.az xəbər verir ki, N.Pelosi cümə axşamı bildirib: “Tramp müxalif demokrat qanunvercilərin onu impiç etməsini istəyir, amma rəsmi impiçment prosesinin başlaması üçün əsas irəli sürülməlidir. Hazırda demokratların nəzarət etdiyi Nümayəndələr Palatasında aparılan bir neçə təhqiqat “bizi impiçmentə götürə bilər”, amma hələ ki, “biz o nöqtəyə gəlməmişik”.

Nümayəndələr Palatasının 435 üzvü var və 36 demokrat və bir respublikaçı üzvü impiçment prosesinin başladılmasına çağırıb. Lakin Nümayəndələr Palatası Trampı impiç etsə belə, respublikaçıların nəzarət etdiyi Senat böyük ehtimalla onu vəzifədən çıxarmayacaq.

Nensi Pelosi mətbuat konfransı keçirir
Nensi Pelosi mətbuat konfransı keçirir

Ancaq Pelosi deyib ki, Trampın istədiyi “bizim onu impiç etməyimizdir”.

Onun sözlərinə görə, demokratlar Trampın maliyyə əməliyyatları, 28 aylıq prezidentliyi və Robert Müllerin Rusiyanın 2016-ci il prezident seçkilərinə müdaxiləsi habelə Trampın ədaləti əngəlləyib-əngəlləmədiyinə dair istintaqı ilə bağlı məlumatlar toplayarkən “faktlara əsaslanacaq”.

Pelosi deyib ki, o, Tramp üçün hər şeyin yaxşısını arzulasa da, düşünür ki, administrasiya rəsmiləri və ailəsi ölkənin mənfəəti üçün ona “müdaxilə etməlidir”.

Tramp buna cavab olaraq cümə axşamı Ağ evdə keçirilən mətbuat konfransında Pelosini “dəli Nensi” adlandırıb və “mən olduqca stabil bir dahiyəm” deyib.

Pelosi daha sonra “‘olduqca stabil dahi’ özünü daha çox prezident kimi aparmağa başlayanda mən onunla infrastruktur, ticarət və digər məsələlər üzərində işləməyə məmnun olacam” deyə tvit atıb.

Daha sonra isə Tramp və Trampın şəxsi vəkili Rudi Culiani də Twitterdə Pelosinin montaj edilmiş videolarını paylaşıb.

Pelosinin Trampın impiçmenti ilə bağlı şərhləri ABŞ lideri onunla bağlı istintaq apardıqlarına görə Konqresdəki demokratlara yeni hücumlar edərək onların “heç nə etməyən partiya” adlandırandan bir neçə saat sonraya təsadüf edib.

“Altı komitə hər gün mənim əleyhimə nə isə tapmaq istəyir”, Tramp Pelosi və Senatın demokrat lideri Çak Şumerlə infrastruktur xərcləri ilə bağlı Ağ Evdə keçirilən görüşü gözlənilmədən tərk edəndən bir gün sonra Twitter-də yazıb. Pelosinin onun “ört-basdırla məşğul” olduğunu deməsindən sonra qəzəblənən Tramp demokrat lidelər təhqiqatlarını davam etdiyi təqdirdə onlarla siyasi məsələləri müzakirə etməyəcəyini söyləyib.

Donald Tramp bəyanatla çıxış edir
Donald Tramp bəyanatla çıxış edir

Demokrat qanunvericilərin Trampın qlobal biznes imperiyasına aid maliyyə əməliyyatları ilə bağlı istintaqlarından geri çəkiləcəkləri və Müller hesabatına son qoyacaqlarına dair heç bir işarə yox idi. Müller Trampın Rusiya ilə onun qalib gəlməsi üçün əməkdaşlıq etmədiyinə dair nəticəyə gəlib, lakin onun ədaləti əngəlləyib-əngəlləmədiyinə dair qərar çıxarmayıb. Bunun ardınca baş prokuror Uilyam Barr və o zaman baş prokurorun müavini olan Rod Rozenstin Trampa qarşı irəli sürülən ədalətin əngəlləmək ittihamlarının əsassız olduğuna qərar verib.

Pelosi və Şumer Trampın iclası tərk etməsini onun “hirsli” olması ilə əlaqələndirib. Şumer MSNBC-yə bildirib ki, o, bunun Tramp və onun yardımçılarının “çox pis hazırlaşdığı və infrasntruk xərclərini nə ilə ödəcəyəklərini deməyə qorxduqları üçün geri addım atmağın yolunu axtardıqları üçün baş verdiyini” düşünür.

Görüşü tərk edəndən sonra Tramp çərşənbə günü Ağ evdə müxbirlərə “Mən ört-basdırla məşğul deyiləm” deyib.

O bildirib ki, onunla bağlı təhqiqatlar və hökümətin yürütdüyü siyasətlə bağlı danışıqlar eyni anda aparıla bilməz.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO