Vyetnam danışıqları iflasa uğradı: Kim Çen In ABŞ-ı günahlandırdı – TƏHLİL
Şimali Koreya dayandırılan nüvə danışıqlarına görə Amerika Birləşmiş Ştatları günahlandırır. Rəsmi Vaşinqton isə tərksilah tələblərindən əl çəkməyənədək danışıqların heç vaxt bərpa edilməyəcəyinə söz verib.
Rakus.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə bu ilin fevral ayında Hanoyda keçirdiyi ikinci sammit Pxenyanın sanksiyalardan azad olmaması və Şimali Koreyanın qadağan edilmiş nüvə və balistik raket proqramları ilə bağlı güzəştlərinə dair razılıq əldə olunmadan başa çatıb.
Cümə günü Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyində yayımlanan bəyanat Şimali Koreya rəsmisinə istinadən ABŞ-ı mümkün olmayan tələblər irəli sürərək danışıqları qəsdən iflasa uğratmaqda günahlandırır.
Bəyanatda bildirilib ki, Şimali Koreya “nüvə və balistik raket sınaqları daxil olmaqla “mühüm və mənalı tədbirlər”görüb və “amerikalı müharibə əsirlərinin repatriasiyası”yolunda addımlar atıb. Amma bəyanatda deyilib ki, “bizim xoş niyyətli tədbirlərimizə eyni şəkildə” cavab vermək əvəzinə ABŞ “Koreya Xalq Demokratik Respublikasının birtərəfli tərksilahına çağıraraq danışıqları bilərəkdən iflasa uğradıb”.
Şimali Koreya bildirib ki, ABŞ hazırda ağlından keçirdiyi cihaz vasitəsilə bizi bir qarış belə təsir edə bilməyəcək və onlar Koreya Xalq Demokratik Respublikasına qarşı düşmən fəaliyyəti və inamsızlığını nə qədər artırsa, bizim cavabımız da bir o qədər sərt olacaq.
ABŞ israr edir ki, danışıqlar Şimali Koreyanın nüvə proqramının qismən ləği mübadilində sanksiyaların aradan qaldırılması ilə bağlı tələbi səbəbilə nəticə verməyib.
Ümumiyyətlə, Tramp-Kim sammiti nəticəsiz başa çatandan sonra Pxenyan şimal qonşusu ilə daha isti münasibət qurmaq və ABŞ-la Şimali Koreya danışıqlarında daha böyük rol oynamaq istəyən Cənubi Korera ilə danışıqların sürətini yavaşladıb.
Rəsmi Pxenyanın bəyanatı Tramp Baş Nazir Şinzo Abe ilə görüşmək üçün Yaponiyaya səfər etmədən bir neçə həftə öncə yayımlanıb. Həmin danışıqlarda Şimali Koreyanın nüvə məsələsinin gündəmdə olacağı gözlənilir.