Dünya 23.03.2019 18:00

Tranzit qeyri-mümkündür – ekspert

İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti ilə bağlı fərziyyənin praktiki olaraq həyata keçirilməsi üçün əsas yoxdur.

Rakus.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin eksperti Fərhad İbrahimov erməni KİV-in məlumatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, İrandan Ermənistan vasitəsilə Gürcüstana boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması çox böyük maliyyə vəsaiti tələb edir ki, İran tərəfi də bunu çətin ki öz üzərinə götürsün:

“İranın belə böyük vəsait sərf edəcəyinə şübhə edirəm, çünki sanksiyalar səbəbindən indi rəsmi Tehran özü fəal şəkildə investisiya axtarır. Ermənistan və Gürcüstan isə belə böyük maliyyə imkanlarına malik deyil. Aydındır ki, Nikol Paşinyan Gürcüstanın Azərbaycandan qaz idxalını azaldacağına ümid edərək öz layihəsinə rəsmi Tbilisini cəlb etmək istəyir. Lakin bu məqamda bir neçə məsələ ortaya çıxır. Birincisi, Gürcüstan Azərbaycandan qaz tədarükünə çox bağlıdır və qazı kifayət qədər sərfəli şərtlərlə alır. Buna görə də çətin ki Tbilisi alternativ mənbələr axtarsın. Buna görə də əminliklə demək olar ki, İrandan Ermənistan vasitəsilə Gürcüstana qaz tədarükü haqqında təşəbbüslər elə söz yığını olaraq qalacaq”.

Politoloq qeyd edib ki, indi Ermənistan qeyri-müəyyən vəziyyətdədir, bu da N.Paşinyanın apardığı xaotik xarici siyasətlə əlaqəlidir: “O, bir tərəfdən öz elektoratına göstərmək üçün Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır, digər tərəfdən isə məqsədə çatmaq üçün Qərb ölkələrinin dəstəyinə ümid edir. Lakin bu ona müyəssər olmayacaq, çünki bəyanat səsləndirməkdən başqa əməldə heç nə yoxdur. İndi Paşinyan daha aşağı qiymətlə qaz almaq ümidi ilə İrandan kömək istəyir. İranlılar isə cari iqtisadi şəraitdə aşağı qiymətə qaz satmaq istəmirlər”.

F.İbrahimov əlavə edib ki, iqtisadi məsələləri müzakirə etməzdən əvvəl siyasi məqamlara da baxmaq lazımdır: “Tehranda Ermənistanda baş verən hadisələri, o cümlədən Paşinyanın bəyanatlarını diqqətlə izləyirlər. Sirr deyil ki, Ermənistanın baş naziri ətrafına Qərb yönümlü insanları yığıb. Və iranlıların düşüncəsində Paşinyan Qərb tərəfdarıdır, deməli, siyasi fiqur kimi o, etibarlı deyil. Ermənistanda İran yönümlü qüvvələr yoxdur və Yerevanla Tehran arasındakı razılaşmalar ilk imkanda itib batacaq”.

Ekspertin fikrincə, bu fakt İran tərəfini qətiyyən qane etmir.(Trend)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO