Səhiyyə
29.05.2019
13:18
“Baku Medical Plaza”da FACIƏ baş verdi
Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.
Rakus.az xəbər verir ki, “Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.
Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.
Məsələ ilə bağlı “Baku Medical Plaza”nın mətbuat xidmətindən xəbəri təkzib etməyiblər: “Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik”. Daha sonra zənglərə cavab verilməyib.
Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım, köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.
Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.
Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur. (Bakupost.az)
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Mədəni
/
21.03.2026
23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri
Gündəm, Mədəni
/
20.03.2026
00:01
Siyasi, Sosial
/
19.03.2026
14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm
/
18.03.2026
17:28
Mədəni
/
18.03.2026
12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial
/
17.03.2026
23:14
Siyasi, Sosial
/
17.03.2026
14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni
/
17.03.2026
00:01
Mədəni
/
14.03.2026
23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial
/
13.03.2026
23:16
Siyasi, Sosial
/
13.03.2026
14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat
/
12.03.2026
12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial
/
10.03.2026
23:28
Siyasi, Sosial
/
10.03.2026
14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni
/
10.03.2026
00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni
/
09.03.2026
10:57
Mədəni
/
07.03.2026
23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial
/
06.03.2026
23:05
Siyasi, Sosial
/
06.03.2026
14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial
/
03.03.2026
23:39
Siyasi, Sosial
/
03.03.2026
14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni
/
03.03.2026
00:04
Mədəni
/
28.02.2026
22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial
/
27.02.2026
23:30
Siyasi, Sosial
/
27.02.2026
14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm
/
26.02.2026
15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO














