Britaniyada namizədlərin sayı 12-yə çatdı
Böyük Britaniyanın baş naziri vəzifəsinə namizədlərin sayı 12-yə çatıb.
Rakus.az xəbər verir ki, deputat Mark Harper hakim Konservativ partiyanın rəhbəri və ölkənin baş naziri vəzifəsinə öz namizədliyini irəli sürüb.
“The Daily Telegraph” qəzetində dərc edilən şərhdə M.Harber bildirib ki, partiyaya “təzə ideyalar” təkil etməyə hazırdır və ehtiyac olduğu halda Avropa İttifaqından “Brexit” üçün yeni möhlət istəyəcəyini istisna etməyib.
M.Harper bildirib: “Mən bu yarışmada autsayder olduğumu qəbul etməyə tamamilə hazıram. Bu yarışın digər iştirakçılarının bir çoxu Nazirlər Kabinetinin fəaliyyətdəki üzvləridirlər”.
Xatırladaq ki, daha əvvəl hakim Konservativ partiyanın rəhbəri və ölkənin baş naziri vəzifəsinə öz namizədliklərini Boris Conson, Ceremi Hant, Rori Stüart, Mett Henkok, Ester Makvey, Dominik Raab, Andrea Lidsom, Maykl Qouv, Sacid Cavid, Kit Malthaus və Ceyms Kleverli irəli sürüblər.