Kriminal 01.06.2019 14:14

Uşaqlarını həbsdə çürüdəcəyəm – Arif Əsgərov - FOTO

Lətifə Hüseynova: “İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərov baldızına hədə dolu mesajlar yollayır. Sabiq baş dəmiryolçu baldızına övladları Emin və Rahib Hüseynovları uzun müddət həbsdə saxlatdıracağını çatdırır.

Rakus.az xəbər verir ki, bu haqda Arif Əsgərovun baldızı Lətifə Hüseynova bildirib: “Ordan-burdan xəbər gəlir ki, Arif Əsgərov uşaqlarımın həbsdən çıxmalarına imkan verməyəcək. Onun qardaşı vaxtilə ədliyyədə işləyib. Ola bilər ki, əlaqələri qalıb. Rahibə həbs yerində bir dustaq yaxınlaşıb və ”Arif Əsgərovun pullarını niyə yedin” şəkilində hədə-qorxu gəlib. Rahib də deyib ki, onun pullarını oğlu yeyib, günahını da bizim uşaqların üstünə atıblar”.

Lətifə Hüseynova övladlarının işi ilə bağlı Ali Məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını deyib: “Arif Əsgərov bilir ki, mənim uşaqlarımda günah yoxdur. Amma hər ikisini həbs etdirdi. İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın. Ümidimiz Ali Məhkəməyədir, bəlkə orada ədalətli qərar verilər. Bu işi yenidən araşdırmalıdırlar. Görəcəklər ki, mənim uşaqlarım orada yığılan pulların qeydiyyatını aparıb, Elnarın dediklərini icra ediblər. Ali Məhkəmə bu məsələyə ədalətli baxmalıdır”.

Lətifə Hüseynova ile ilgili görsel sonucu

Arif Əsgərovun bacanağı İsmayıl Hüseynovun övladları Emin və Rahib Hüseynovlar hər biri 9 il iş alıblar. Hazırda cəzaçəkmə yerlərindədirlər.

Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. O, müxtəlif adamlardan biznes qurmaq adı ilə milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilərkən Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edib. Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxs qismində dindirilib. Lətifə Hüseynova deyir ki, bütün bu problemlər Arif Əsgərov vəzifədən çıxarıldıqdan sonra yaranıb. Elnar Əsgərovun pullarını aldığı şəxslər onları narahat etməyə başlayıblar, pulları geri tələb ediblər. Həmin günlərdə Əsgərovlar ailəsinin təkidi ilə onun oğlu Rahib Hüseynov Türkiyəyə göndərilib, orada ailəsi ilə birgə 2 nəfərin nəzarəti altında saxlanıb. Daim Elnar Əsgərov Rahiblə telefonla danışıb. L.Hüseynova həmin günlərdə oğlunun Türkiyədə öldürülməsi təhlükəsi də olduğunu söyləyib. Lətifə Hüseynovanın sözlərinə görə gəlini uşaqları ilə birgə Arif Əsgərovun təklifi əsasında Türkiyədən Azərbaycana qaytarılıb. Həmin vaxt gəlini ona deyib ki, oğlunu tək buraxmasın.

Lətifə Hüseynova ile ilgili görsel sonucu

Lətifə Hüseynova

Lətifə Hüseynova deyir ki, Rahib Hüseynov xalası oğlu Elnar Əsgərovun adamlardan aldığı pullara görə elə onun göstərişi ilə faizlər ödəyib.  Elnar Əsgərovun  milyonlarla manat pulu Türkiyədə saxlaması haqda da xəbərlər vardı. Hətta belə iddialar da yayılmışdı ki, Elnar Əsgərov pulları Türkiyədə Mehriban adında qadında saxlayır. Adamlardan yığılan pulların Elnar Əsgərovda olmasını deyən Hüseynovlar onun Türkiyədə əlaqələrinin olmasını təsdiqləyirlər. Deyirlər ki, onun pulları Mehriban adlı qadında saxlaması haqda eşitsələr də, buna dair əllərində konkret fakt yoxdur.

Onlar qeyd edirlər ki, Arif Əsgərovun qurduğu oyunlar səbəbindən Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb, iki oğlu həbs edilib: “Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb. Bundan başqa Arif Əsgərovun Qubada sabiq müdafiə naziri Səfər Əbiyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qonşuluqda villasının olduğu, Qəbələ, İsmayıllı rayonlarında da dəbdəbəli evlərinin varlığı haqda da məlumatlar var”.

Xatırladaq ki, vaxtilə normal maddi imkanı olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. (“Yeni Müsavat”)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO