Mozambikdə 400 insan öldü - FOTO
Mozambikdə İdai siklonu nəticəsində ölənlərin sayı 400-ü keçib.
Rakus.az xəbər verir ki, Cənubi Afrika və Hindistan ordusunun müşayiəti ilə yardım komandaları ölənlərin axtarışını davam etdirir. Çoxsaylı insan hələ də itkindir. On minlərlə insan əziyyətdədir.
Mozambikin ekologiya naziri Çelso Korreia vəziyyətin hələ də kritik olduğunu, lakin yaxşıya doğru getdiyini deyib.
Onun sözlərinə görə, 1500 insan ağaclar və damlardan xilas edilib. 89 minə yaxən adam çadırlara sığınıb.
BMT Mozambik və Malavidə ölənlərin sayının 700-dən çox olduğunu bildirib.
Yardım işçiləri su səviyyəsinin azalması ilə daha artıq meyit aşkar olunacağını təxmin edir.
Xatırladaq ki, dağqınların təsirinə 1.7 milyon insan məruz qalıb. Son təbii fəlakət regionda son on illər ərzində qeydə alınan fəlakətlərin ən ağırıdır.