Rakus.az xəbər verir ki, anasının yüksək təzyiq səbəbilə 23 həftə 3 günlük dünyaya gətirdiyi körpə cəmi 245 qr olub.
Həkimlər ailəyə Saybi adlı uşağın ən çox bir saat yaşaya biləcəyini deyiblər. Ancaq o, tibb dünyasını heyrətləndirməyi bacarıb. Beş aydan çox küvəzdə qalan körpə 2,2 kq olduqdan sonra evə buraxılıb.
Həkimlər onun tamamilə sağlam olduğunu bildiriblər.