Dünya 06.06.2019 21:27

Hacı Muradın qalıqlarını deputat oğurlatdırıb - FOTO

Rusiyada fəaliyyət göstərən “Lev Tolstoy və Qafqaz-Dağıstan” təşkilat komitəsi şeyx Şamilin naibi, 19-cu əsrdə ruslara qarşı döyüşlərdə onun əsas komandirlərindən biri olan Hacı Muradın qalıqlarının Azərbaycanın Qax rayonu ərazisindən oğurlanıb aparılması və Dağıstanın Xunzax rayonunda yenidən dəfn edilməsini kəskin pisləyən bəyanat yayıb.

Bəyanata əsasən qalıqların oğurlanıb aparılmasını Rusiya Dövlət Dumasının Başqırdıstandan olan deputatı (“Ədalətli Rusiya” partiyası), əslən Dağıstanın Xunzax rayonundan olan Hacımurad Ömərov təşkil edib.

Həmin təşkilat komitəsi 2010-cu ildə yaradılıb. Onun tərkibinə Tolstoy muzeyinin direktoru Yekatrina Tolstaya, iş adamı Camaluddin Ömərov, avar musiqili dram teatrının direktoru Maqomedrəsul Maqomedrəsulov, Hacı Muradın nəslindən olan Maqomed-Arip Hacımuradov, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri üzrə müşaviri, Hacı Muradın kəllə sümüyünün qaytarılması məsələsi üzrə Maqomed-Arip Hacımuradovun səlahiyyətli nümayəndəsi Vladimir Tolstoy və digərləri daxildir.

Bəyanatda deyilir ki, 2019-cu il iyunun 2-də Xunzaxda naib Hacı Murada aid olduğu bildirilən qalıqların “yenidən dəfn edilməsi” mərasimi keçirilib. Və bu ideya bütünlüklə Başqırdıstandan deputat, Xunzax rayonunun sakini Hacımurad Ömərova məxsusdur.

“Bununla əlaqədr ilk növbədə Təşkilat Komitəsinin, təbii ki, bir çox digər sağlam düşüncəli insanların ona bəzi sualları meydana çıxır.

1. Hansı əsasla özünə bunu rəva görür və kim ona Hacı Muradın məzarını (başqa dövlətdə) qazmağa icazə vermişdi, hansı ki, Hacı Muradın sağ varisi Hacımuradov Maqomed-Aripin, “Lev Tolstoy və Qafqaz-Dağıstan” təşkilat komitəsinin üzvlərinin bu barədə ən kiçik təsəvvürləri belə yox idi? Mahiyyətcə Ömərov H. Hacımuradov Maqomed-Aripi baş vermiş fakt qarşısında qoyub və öz qanunsuz hərəkətlərini onunla razılaşdırmayıb.

2.Nəyə görə Ömərov H. Hacı Muradın qalıqlarının yenidən dəfn olunmasının yolverilməzliyi barədə dini şuranın mövqeyinə məhəl qoymayıb? Doğrudanmı ona dəfələrlə dini şurada izah edilmiş normaları belə asanlıqla pozmaq olar?

3. Nəyə görə Ömərov H. Azərbaycanın Qax və Zaqatala rayonlarının dağıstan kökənli ictimaiyyətinin mövqeyini nəzərə almayıb, hansı ki, onlar Hacı Muradın qalıqlarının yenidən dəfn edilməsinə qarşı idi? Çünki bu məzar onlar üçün Dağıstanla əlaqələri simvolizə edən tarixi abidə olub.

4.Doğrudanmı Ömərov tez məşhurlaşmağa belə can atıb ki, çox mühüm detalları yaddan çıxarıb: Hacı Muradın məzarını qazmaqdan və qalıqları oradan gizlicə çıxarmazdan (hələ məlum deyil bu qalıqlar kimə aiddir) əvvəl antroplolji və DNK-analizləri aparımalı idi. Məsələ bundadır ki, həmin məzarda Hacı Muradla yanaşı onun Eldar adlı qohumunun və daha bir müridinin başsız bədənləri dəfn olunmuşdu.

5. Nəyə görə hər şey bu cür gizlilik şəraitində aparılıb və Hacımuradov Maqomed-Arip, Hacı Muradın varisi yalnız iyunun 2-də, səhər saat 10.00-da Ömərova zəng edə bilib, onun özbaşınalığı haqda izahat almağa çalışıb?

Biz hesab edirik ki, bu sualın cavabı aydındır və əvvəlki 4 sualdan ortaya çıxır”.

Bəyanatda deyilir ki, Təşkilat Komitəsinə Ömərovun bu özbaşınalığı guya “yuxarılarla”, Dövlət Dumasının sədr müavini Pyotr Oleq Tolstoyla (Lev Tostoyun kötükcəsi) və Putinin müşaviri V.Tolstoyla razılaşdırdığı haqda danışdığı haqda şaiyələr gəlib çatıb. Lakin Təşkilat Komitəsinin koordinatoru Camaluddin Ömərov onların hər ikisi ilə əlaqə saxlayıb. Bu şəxslər deyiblər ki, bu cür əməli, hətta cinayət əməlini həyata keçirən deputat Ömərovla heç nəyi razılaşdırmayıblar.

Bəyanatın altında Lev Tolstoyun adları çəkilən varisləri ilə yanaşı Təşkilat Komitəsinin üzvləri imza atıblar. (Oxu.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO