Səhiyyə 10.06.2019 19:39

Nazir jurnalisti məhkəməyə verdi

“Ya Teymur Kərimov dediklərini məhkəmədə sübut etsin, ya da cəzalandırılsın”
Səhiyyə naziri Oqtay Şirəliyev mayın 18-də nazirliyin binası qarşısında etiraz aksiyası keçirmiş Teymur Kərimovu məhkəməyə verib. Nazir onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrinin ən yüksək həddində cəzalandırılmasını tələb edir.
Rakus.az xəbər verir ki, CM-in 147.2 maddəsində cəzanın yuxarı həddi üç ilə qədər, 148-ci maddəsində isə bir ilə qədər həbsdir.
O.Şirəliyev iddia ərizəsində yazır ki, bloger nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə ittiham edib: “Həkimləri diləndirdiyimi, tibb bacılarının pul üstündə bir-birilə dalaşdığını, səhiyyə sistemində korrupsiyanın tüğyan etdiyini, Səhiyyə Nazirliyi üçün insan həyatının önəmi olmadığını, qanın 95 manata satıldığını və bütün bunları mənim yaratdığımı deyib”.
sened 1 oqtay - teymur
O.Şirəliyev tələb edir ki, ya T.Kərimov dediklərini məhkəmədə sübut eləsin, ya da cəzalandırılsın.
İyunun 14-də Nəsimi Rayon Məhkəməsində bu iddia üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Nazirdən əvvəl Səhiyyə Nazirliyinin adından məhkəmədə bloqqerə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılmışdı. Həmin iddiada bloqqerin Cinayət Məcəlləsinin 147.2 maddəsilə cəzalandırılması istənilirdi. T.Kərimovun vəkilləri sözügedən iddianın icraata götürülməsinə etiraz etmişdilər. Bildirmişdilər ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir. Hüquqi şəxs isə xüsusi ittihamçı qismində tanına bilməz. Çünki şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır.
sened 2 oqtay - teymur
Vəkillər əlavə edib ki, iddia ərizəsi hüquqi baxımdan da düzgün tərtib olunmayıb.
İyunun 10-da həmin iddia ilə bağlı qərar açıqlanıb. Vəkillərin vəsatəti təmin edilib – iddia ərizəsinə baxılması mümkün sayılmayıb. Səbəb isə Səhiyyə Nazirliyinin hüquqi şəxs kimi, şərəf və ləyaqət, işgüzar nüfuz iddialarıyla çıxış etməsinin mümkünsüzlüyüdür. Bu məsələdə Ali Məhkəmənin 2017-ci ilin noyabrında qəbul etdiyi qərar əsas kimi götürülüb.
Mayın 18-də Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır. Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında pul tələb olunması barədə iddiaları rədd edir.
T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib. (Bizimyol.info )

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO