Dünya 21.06.2019 14:45

Baş prokuror Muradov barəsində cinayət işi qaldırıldı - FOTO

İyunun 20-də Özbəkistanda da güc strukturlarından birində çaxnaşma baş verib.

Rakus.az xəbər verir ki, prezident Şövkət Mirziyoyev baş prokuror Otabek Murodovu vəzifəsindən azad edib. 44 yaşlı Murodovun vəzifəsindən azad edilməsinin səbəbi həmin gün açıqlanmayıb, prezidentin digər sərəncamı ilə onun yerinə 57 yaşlı Niqmatulla Yuldaşev təyin edilib. Yuldaşev 2015-ci ildən bəri xalq məclisi Senatının rəhbəri idi.

Baş prokurorun işdən çıxarılmasının səbəbini bu gün prezident Senatın plenar iclasında açıqlayıb. Mirziyoyev bildirib ki, Otobek Murodovun barəsində cinayət işi qaldırılıb. O, rüşvət almaqda günahlandırılır.

Prezidentin sözlərinə görə, keçmiş baş prokuror 50 və 100 min dollarında rüşvət alıb. Mirziyoyev yeni baş prokurordan tələb edib ki, prokurorluq orqanlarında qayda-qanun yaratsın. Əks halda prokurorluq orqanlarının əməkdaşlarının 60 faizini işdən azad edəcək.

 

Otobek Murodov 2018-ci ilin yanvarında həmin vəzifəyə təyin edilmişdi. Onun sələfi İxtiyor Abdullayev isə həmin il fevralın sonlarında rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə həbs edilmişdi. Hazırda Abdullayevin məhkəməsi gedir.

Murodov 2015-ci ildən bəri Özbəkistanda işdən çıxarılan və barəsində cinayət işi qaldırılan üçüncü baş prokurordur. 2000-2015-ci illərdə baş prokuror işləmiş Rəşid Qədirov da analoji ittihamla həbs edilib.

“Azadlıq” radiosunun özbək xidməti məlumat verir ki, Otabek Murodov hələ iyunun 17-də işdən azad edilibmiş, amma sərəncamı 3 gün sonra verilib. Onun keçmiş baş prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri İxtiyor Abdullayevə qarşı qaldırılmış cinayət işində fiqurant olduğu bildirilir.

Güc strukturlarına yaxın mənbə deyib ki, Otabek Murodov işdən çıxarılmazdan əvvəl bir neçə məmurdan və ona yaxın şəxslərdən baş prokurorun əleyhinə ifadə alıblar. Həmin ifadələr korrupsiya ittihamları ilə bağlıdır.

Digər mənbə bildirib ki, Murodov vilayət hakimlərinin-icra hakimiyyəti başçılarının prezidentə şikayətlərindən sonra vəzifədən azad edilib. “Prokurorlardan xoşu gəlmədiyini deyən Mirziyoyev Murodovun təyinatından sonra ona geniş səlahiyyətlər vermişdi. O, Murodova tapşırmışdı ki, sahibkarların mənafelərini qorusun və və aqromüfəttişliyi də ona həvalə etmişdi. Murodov isə öz növbəsində aqromüfəttişliyə rəhbərlik edən prokurorlara tapşırmışdı ki, dövlətə taxıl və pamblq təhvil verilməsində “pripiska”ya son qoysunlar. Bundan sonra bəzi vilayətlərdə aqromüfəttişliyin rəhbərləri yerli icra hakimlərini pambıq zavodlarına buraxmadılar. “Pripiska” azaldı, amma nəticədə bəzi vilayətlərdə pambıq planını doldura bilmədilər. Buna görə prezident icra hakimlərini danladı, Daşkənd vilayətinin hakimini azad etdi. Narazı icra hakimləri isə Murodovun barəsində prezidentə xəlvəti donos ötürməyə başladılar. Murodov qanunlara əməl etmək istəyirdi, icra hakimləri isə buna qarşı idi. İndi özünüz baxın, bu situasiyada kim qalib gəldi”,-mənbə deyib.

Prezident Mirziyoyevin baş prokuror Murodovdan narazı olduğu hələ 6 ay əvvəl məlum idi. Bu il yanvarın 10-da Mirziyoyev Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında ölkədə cinayətkarlığın səviyyəsinin artmasından narazılığını bildirərək iki dəfə Murodova irad bildirib.

“Ey, prokuror, mənə yaxşı qulaq as, əgər cinayətlərin sayı azalmasa mən səi Baysun rayonuna (Surxandərya vilayəti) prokuror göndərəcəyəm. Sonra sürgündə dolaşacaqsan”-Mirziyoyev ona deyib.

Həmin iclasdakı çıxışında prezident deyib. “Mən Murodova dedim: “Sən işin öhdəsindən gələ bilmirsən, bacarmırsan. Bacarmırsansa gedəcəksən. Hansısa ucqar rayona gedəcəksən. Səni məsələn, Baysun rayonuna prokuror təyin edəcəm. Sonra isə taleyin öz əlində olacaq”.

Mənbələr deyirlər ki, həmin xəbərdarlıqdan sonra Murodov “çemodan əhvalında” işləyirdi.

Digər mənbə-adının açıqlanmasını istəməyən məmur isə deyib ki, Murodov səhər saat 6-dan gecə saat 2-yə qədər işləyirdi, Mirziyoyevə çox sadiq adam idi. “Əgər prezident onu da içəri salsa o zaman Murodov son üç ildə həbs edilən üçüncü baş prokuror olacaq. Bu isə pis siqnaldır”-mənbə deyib. (Virtualaz.org)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO