Təyyarə qəzasında 9 nəfər öldü
Havay adalarında hava limanı yaxınlığında cümə günü baş verən təyyarə qəzası nəticəsində doqquz sərnişin və heyət üzvü həlak olub.
Rakus.az xəbər verir ki, CNN-nin verdiyi məlumata görə, sərnişinlər skaydayvinq səfərində idilər.
King Air şirkətinin iki mühərrikli təyyarəsi Havay Nəqliyyat Departamentinin Dilliqam Hava Sahəsində yerə düşüb. Yanğınsöndürənlərin verdiyi məlumata görə, onlar əraziyə çatanda təyyarə alovlanmışdı və qəza nəticəsində heç kim sağ qalmamışdı.
“Biz hələ də qəza ilə bağlı məlumat toplayırıq. Bura uçuşun məqsədi və planını müəyyən etmək daxildir.” – deyə Honolulu Yanğın Departmanetinin rəhbəri Manuel Neves mətbuat konfransında bildirib.
CNN qəza baş verən zaman təyyarə skaydayvinq səfərində olduğunu və Federal Aviasiya Administrasiyasının qəzanın təhqiqatı ilə məşğul olduğunu bildirib.