Elm və təhsil 24.06.2019 14:19

BDU-da 300-ə yaxın şikayətə baxıldı - FOTO

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

Rakus.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə uyğun olaraq imtahan sessiyası iyunun 3-də başlayıb, iyulun 2-də başa çatacaq. 21 iyun 2019-cu il tarixinədək ayrı-ayrı fənlər üzrə 60 000-dək tələbə və magistrant imtahanlarda iştirak edib. Bakalavriatura səviyyəsində SABAH qrupları da daxil olmaqla 2405 qrupda imtahanlar keçirilib. İmtahanların şəffaf və obyektiv keçirilməsinə daimi nəzarət edilir, nizam-intizam qaydalarını ciddi şəkildə pozan tələbələr haqqında müvafiq tədbirlər həyata keçirilir.

Universitetin Qazax filialında da imtahan sessiyası davam edir. İyun ayının 3-dən start götürən imtahan sessiyasında 17 ixtisas üzrə bütövlükdə 1014 tələbə iştirak edir. İmtahan başa çatan gün onun nəticələri tələbələrə dərhal elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.

 

BDU-da Yekun Dövlət Attestasiyası da davam edir. İndiyədək 5 000-dən artıq tələbə və magistrant yekun dövlət imtahanlarında və ya buraxılış işinin müdafiəsində iştirak edib. Bundan əlavə, 300-ə yaxın passiv tələbəyə akademik borclarının ləğvi məqsədi ilə yenidən imtahanlarda və ya Yekun Dövlət Attestasiyasında iştirak üçün şərait yaradılıb. Fiziki imkanları məhdud olan 20-yə yaxın tələbəyə imtahan zamanı xüsusui şərait yaradılıb, onlar imtahanları sifahi-dialoq formasında verirlər.

Rektorun müvafiq əmri ilə imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin “Qaynar xətti” ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etmək və bu barədə tədbir görülməsi məqsədilə yaradılmış Qərargaha imtahan yazı işlərinin təkrar yoxlanılması, nəticədən narazılıq, qrup şəklində müraciət edənlərin ümumi sayı bu günədək 300-ə yaxın olub. Qərargahda 50-ə yaxın imtahan yazı işlərinə aid müsbət qərarlar qəbul edilib. Qərargaha müraciət edənlər keçən illə müqayisədə azalıb ki, bu da imtahan prosesinin düzgün təşkili nəticəsində mümkün olub.

Bununla yanaşı, məzunların ixtisaslar üzrə işlə təmin olunması istiqamətində də işlər aparılır. Belə ki, müvafiq strukurlarla görüşlər təşkil olunur, şirkət rəhbərləri universitetə dəvət olunaraq vakansiyalar haqqında məlumat verirlər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO