Bakıda fərdi yaşayış evləri yanır – YENİLƏNDİ
Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən altı hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb, iki fərdi yaşayış evinə qismən zərər dəyib.
Rakus.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının 120 nəfərdən ibarət canlı qüvvəsi və 18 ədəd texnikası cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13:58
Zığ şosesində fərdi yaşayış evləri yanır.
FRakus.az xəbər verir ki, övqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.