Hadisə 28.03.2019 09:49

İcra başçısı zərərçəkmişlərlə görüşdü

Nizami rayonunun icra başçısı dükanları yanan sahibkarlarla görüşdü. Ticarət mərkəzinin idarəçısı iş adamlarının qarşısına çıxıb vaxt istədi

Rakus.az xəbər verir ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın zamanı sahibkarlara milyonlarla manat ziyan dəyib.

“Diqlas”da obyektləri kül olan, zərərçəkən sahibkarlar martın 27-də ticarət mərkəzinin qarşısında toplaşaraq kompensasiya tələb ediblər.

Onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər. Yüzlərlə sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, bazar rəhbərliyinin əraziyə gəlməsini istəyiblər.

İcra başçısı: “İmkan verilməyəcək ki, kiminsə 1 manatı haqsız yerə batsın”

Əraziyə toplaşan sahibkarlar Nizami Rayon İcra Hakimiyyətinə dəvət edilib və  sahibkarlarla icra başçısı arasında görüş keçirilib.

İcra başçısı Arif Qasımov sahibkarlara bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək.

Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.

Zərərçəkmiş sahibkarlar bildirib ki, “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.

“Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarə haqqı verirdim. İki ay əvvəl gəlib ”şapka” istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat arenda verəcəksən” – deyə sahibkarlardan biri bildirib.

Ticarətçi bildirib ki, “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyi hələ də onlarla görüşməyib.

“Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımız, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur” – deyə zərərçəkmişlər qeyd ediblər.

İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.

“Mən burada dövlətimizin nümayəndəsi kimi çıxış edirəm. Hamınızın dedikləri nəzərə alınır, qeyd edilir. Bütün sözlər ölkə rəhbərliyinə çatdırılacaq. Hazırda istintaq gedir. Hər kəs qəbul ediləcək, şikayəti dinləniləcək. Nə qədər zərər dəydiyi müəyyən ediləcək”- deyən icra başçısı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində nəzarətdədir.

Sahibkarlar bazar rəhbərliyinin sahibkarlarla görüşə gətirilməsini tələb ediblər.

İcra başçısı qeyd edib ki, bazar rəhbərliyinin və ya bu işdə kiminsə günahkar olduğunu demək indi mümkün deyil. Başçı qeyd edib ki, yekun qərar araşdırmalardan sonra veriləcək.

İcra başçısı ilə görüşdən sonra “Diqlas”ın idarəediçisi Araz Rəhimov külə dönmüş ticarət mərkəzi önündə sahibkarlarla görüşüb. Görüşdə mindən çox sahibkar iştirak edib.

İdarəçi deyib ki, yanmış binanın da sığortası yoxdur və yanğına görə onlara da pul verilməyəcək. O bildirib ki, satıcıların tələblərini və təkliflərini ticarət mərkəzinin sahiblərinə çatdıracaq: “İcazə verin, gedim sahibkarla görüşüm danışım, görüm necə olacaq?! Axşam onlarla görüşəcəm. Bir-birimizə kömək edək, görək bu işin altından necə çıxırıq. Mən burada hamını adbaad tanıyıram, 10 ildir burada birlikdə işləyirik. Əlimdən gələni edəcəyəm ki, dəyən ziyanla bağlı bir şey edə bilək. İçinizdən 10-15 nəfər ağsaqqal-ağbirçək seçin, lazım olanda da gedək qapıları döyək. Mən də sizinlə bir yerdəyəm. Heç bir provokasiyaya uymayın. Ancaq haqqınızı istəyin”.

TM-in idarəçisi deyib ki, obyektin tezliklə təmir edilməsinə və yenidən işləyəcəyinə ümid edir.

Sahibkarlar deyib ki, onlara son bir ildə ödədikləri kirayə pullarını geri ödəsinlər.

TM-in idarəçisi sahibkarlardan vaxt istəyib: “Mənə vaxt verin, gedim adamlarla danışım, görək fikirləri nədir. Öyrənim, ondan sonra mən yenə sizinlə görüşüb, ətraflı məlumat verəcəm, ondan sonra qərar verərik nə edəcəyimizə. Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum gəldim. ”Diqlas”ın təməli qoyulandan buradayam. İş elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və digər hissəni idarə edən Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik”. (Musavat.com)

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO