“Qardaş az qalıb, 240-la gedə biləcək mikroavtobusa da sahib olacam”.
Rakus.az xəbər verir ki, bunu 3 gün əvvəl Masallıda “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusla törətdiyi qəza nəticəsində 8 nəfərin ölümünə səbəb olan Nizami Mustafayev sosial şəbəkələrdəki səhifəsində yazmışdı.
O, sürət həddi yüksək olan başqa bir mikroavtobusa yaxın vaxtlarda sahib olacağını dostlarına deməklə yazıb: “Az qalib gedəcək”.
Beləliklə bir müddət sonra N.Mustafayev 8 nəfərin ölümünə səbəb olan Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusun görüntülərini sürət sevən dostlarına paylaşır.