Hadisə 06.08.2019 12:20

DYP: Polis də sürücü də cəzalandırıldı

Sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər.

Rakus.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar  bildirib ki, həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib:

“Hadisə iyunun 1-də Qobustan ərazisində olub. Kürdəmir sakini yükdaşıma qaydasını pozduğuna görə saxlanılıb. Amma sürücü polis əməkdaşlarına tabe olmayıb. Belə ki, nə sürücülük sənədlərini verib, nə də mərkəzi informasiya sistemində onun şəxsiyyətini müəyyən etmək üçün lazım olan ad və soyadını bildirib. Bunların hamısının görüntüsü də var. Biz artıq onunla bağlı araşdırma aparmışıq.

Ümumiyyətlə, sürücü saxlandığı zaman polislərə tabe olmayıb, şəxsiyyətini müəyyənləşdirmək üçün polisə aparılanda da əməkdaşlara qarşı müqavimət göstərib. Daha sonra həmin şəxs haqqında Qobustan məhkəməsində polisə müqavimət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə qərar çıxarılıb”.

K.Əliyev qeyd edib ki, polis əməkdaşı da onunla ünsiyyət zamanı müxtəlif qeyri-etik ifadələrə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub:

“Burada birtərəfli cəza verilməyib. Həm əməkdaşa cəza verilib, həm də vətəndaş məsuliyyətə cəlb olunub. İnspektor onunla uzun müddət çox mədəni rəftar edib. Sürücü onu polis bölməsinə aparan əməkdaşlara müqavimət göstərib, qızışdırıcı ifadələr işlədib. Bunu da qəsdən edib. Bu vaxt isə əməkdaş dözməyərək qeyri-etik ifadələr işlədib”. (Oxu.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO